2015-ci ildə belə makiyaj edəcəyik - Fotolar
Bizi izləyin

Tabloid.az

2015-ci ildə belə makiyaj edəcəyik - Fotolar

Tabloid.az 2015-ci ilin 7 trend makiyajını təqdim edir

Adətən yaz və yay aylarında sadə makiyaj stilləri trend olur. Qaralmış dəri, parıltılı dodaqlar və bej çalarlar yaz və yay mövsümün dəbinə çevrilir.

Ancaq 2015-ci ildə bu ənənəni tamamilə dəyişməli olacağıq. Podiumlarda gördüklərimizdən yola çıxaraq deyə bilərik ki, 2015-ci ildə kölgəli gözlər, qırmızı rəngli dodaqlar dəbə minəcək.

Tabloid.az 2015-ci ilin 7 trend makiyajını təqdim edir:

“Oscar de Renta” dəfiləsində qara rəngli laynerin nazik və qıvrımlı çəkildiyini gördük. “Saint Laurent” və “Cushine et Ochs” isə laynerlə ekstra uzun quyruqlar çəkildiyini müşahidə etdik.

“Dolce Gabanna”nın dəfiləsində modellərin dodaq cizgisindən kənara çıxmış bordo rəngli dodaq boyası həqiqətən ecazkar görünürdü. “Zac Posen” və “Missoni”də isə parlaq narıncı və qırmızı çalarlarında dodaq boyalarından istifadə edilmişdi.

Bu tip dodaq boyaları çəkdikdə üzünüzün digər yerlərini sadə saxlamalısınız. Xüsusilə də diqqət çəkən göz kölgələrindən və parıltılı ənliklərdən uzaq durmalısınız.

Fərqli çalarlarda göz makiyajı çox dəbdə olacaq. Əlbəttə özünüzə yaraşan rəngi tapmalısınız.

Sarışınlar açıq çəhrayı, qumral saç rəngi olanlar tünd çəhrayı, qəhvəyi gözlülər isə bənövşəyi çalarlardan istifadə etməlidirlər.

Gözləri yaşıl olanlar isə açıq çəhrayı rəngdə olan göz kölgələrinə müraciət etsələr, yaxşı olar.

“Marc Jacobs” dəfiləsində isə modellərin üzündə demək olar ki, makiyaj yox idi. Tuş və tonal krem çəkilmir, sadəcə açıq çəhrayı rəngli dodaqlar və xəfif qızartı verilmiş yanaqlar ön plana çıxarılır.

Əgər 2015-ci ildə "makiyajsız üz" dəbi ilə ayaqlaşmaq istəyirsinizsə, indidən üz baxımı etməyə başlayın. Üzünüzün makiyajsız da qüsursuz olması üçün həftədə ən az iki dəfə üzə maska çəkmək və arada bir skrabla yumaq lazımdır.

Qara, qəhvəyi və boz rənglərdə olan göz kölgələrindən bezmisinizsə, bənövşəyinin çalarları sizin üçün ən yaxşı variant olacaq. Gözlərdə bənövşəyi göz kölgələrini “Derek Lam dəfiləsində və “Vera Wang”da gördük.

Əgər tünd göz makiyajından xoşunuz gəlmirsə, içində gümüşü parıltılar olan bənövşəyi rəngli göz kölgələrinə müraciət edin.

“Tom Ford” dəfiləsində kömür kimi qapqara göz kölgələrini müşahidə etdik. Bir çox kosmetika mağazasında satılan, geniş uclu yağlı qara qələm və ya krem laynerlə bu görüntünü əldə etmək mümkündür.

“J. Mendel” isti qumlardan ilham alaraq qəhvəyi və qızıl tonlarına müraciət edib.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm