45 yaşlı ulduzun stil dərsləri - Fotolar
Bizi izləyin

Tabloid.az

45 yaşlı ulduzun stil dərsləri - Fotolar

Paparassilər saatlarla onun yolunu gözləyirlər

Bütün ulduzlar qocalır, dəbdən düşürlər. Cennifer Lopez isə yaşlandıqca daha da gözəlləşir və karyerasında daha gözəl yerlərə gəlir. “American İdol” yarışmasında münsif olan ulduzun fotolarını çəkmək üçün paparassilər saatlarla onun keçəcəyi küçələrdə ulduzun yolunu gözləyirlər. Daha bir neçə gün öncə yaşıl paltarı ilə göz qamaşdıran 45 yaşlı ulduz bu dəfə tam fərqli obrazda obyektivlərə tuş gəlib.

Qızılı rəngli koftası və qara, bol kəsimli şalvarını ayaq biləyindən bağlanan sadə ayaqqabı ilə kombin edən Cennifer olduqca cazibədar görünüb. Saçlaırnı toppuz yığan Ceylo uzun sırğaları, qızıl qolbağı və ilin trend rəngi olan zoğalı dodaq boyası ilə dəblə ayaqlaşdığını sübut edib. Bu görkəmi ilə stil ikonası adına layiq olduğunu göstərən Ceylonun fotolarını təqdim edirik:

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm