Məşhurların saçlarına qulluq sirləri
Bizi izləyin

Tabloid.az

Məşhurların saçlarına qulluq sirləri

Məşhurların saçlarına qulluq sirləri

Qadınlar saçların sağlam görünməsi üçün bir çox üsullara əl atır, daim gözəl görünməyə çalışırlar. Xüsusən də məşhur ulduzların saçına həsrətlə baxır və onlardan nümunə götürməyə çalışırıq. Bəs onlar saçını tez-tez fenin və saç boyalarının zərərverici təsirinə məruz qoymasına baxmayaraq, saçlarının belə gözəl görünməsinin səbəbi nədir? Tabloid.az məşhurların saçlarına qulluq qaydalarını araşdırıb.

Qvinet Peltrou

Ulduz öz bloqunda zeytun yağından istifadənin incəliklərini izah edir. Saçlarının belə gözəl görünməsinin əsas sirri yarım fincan zeytun yağıdır. O, zeytun yağını saç dibinə və dərisinə masaj edərək çəkir. Bir gün ərzində saçlarını yumur. Ertəsi gün saçlarını şampunla yuyanda sonra solğun saçları yenidən həyata qayıdır.

Nomi Lenoir

Buruq saçlarına zeytun yağı və yumurta sarısıyla maska düzəldib bunu gecə boyu saçlarında saxlayır. Ulduz saçlarının yumşaqlığını bu maskaya borclu olduğunu deyir.

Nikol Kidman

Avstraliyalı aktrisa kürən saçlarının rəngini zoğal suyunda olan təbii qırmızı piqmentlərlə qoruyurmuş.

Ancelina Coli

Seksual ulduz saçlarına həcm vermək üçün saç köklərinə toz halında kirşan töküb darayırmış.

Skarlett Yohansson

Aktirsa "Merlin Monro" olduğu dövrlərdə saçının platin rəngini qorumaq üçün tətbiq etdiyi metodu hələ də istifadə edir. O, saçlarını şampunladıqdan sonra çəkib şi yağı çəkirmiş, bir müddət saxladıqdan sonra saçlarının lap yumşaq olduğunu və rəngini uzun müddət qoruduğunu deyir.

İnes de la Fressange

Bir butulka suyun içinə üç xörək qaşığı ağ sirkə tökün və şampunlayıb yaxaladığınız saça çəkin. Bu maska saçları inanılmaz dərəcədə parlaq edir.

Frdrique Bel

Dərhal sönən həcmsiz saçları üçün jenşen suyu istifadə edən məşhur bu üsulun saç tellərinə möhkəm həcm verdiyini deyir.

Jizel Bundxen

Şampundan sonra istifadə etdiyi məhsulların saçından tamamilə yuyulmadığını deyən model saçındakı rəng itkisinin azlığını buna bağlayır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm