Ombası ilə ürəkləri fəth edən ulduz - Fotolar
Bizi izləyin

Tabloid.az

Ombası ilə ürəkləri fəth edən ulduz - Fotolar

45 yaşlı iki uşaq anası Ceylonun stilindən ilham alın!

Qıvrımlı xanımların daha cazibədar göründüyü sirr deyil. Məlumdur ki, dünyaca məşhur ulduzlar arasında da balıq ətli xanımlar çoxluq təşkil edirlər. Belə xanımlardan biri də Cennifer Lopezdir. Ceylo iri ombaları və incə beli ilə bir az dolu bədənli qadınların da seksual ola biləcəyini bütün dünyaya ilk dəfə sübut edən qadındır.

“Details” jurnalı Lopezi 1998-ci ildə "İlin ən seksual qadını" seçib. “FHM” jurnalı isə "Ən seksual 100 qadın" siyahısında birinci yeri Cenniferə verib. 2011-ci ildə “People” jurnalı tərəfindən "Dünyanın ən gözəl qadını" seçilən cazibədar ulduzun 2012-ci ildə də “Complex” jurnalı tərəfindən "Bütün zamanların ən ehtiraslı” qadını seçilməsi heç kimi təəccübləndirmədi. Bütün bunlar onu göstərir ki, Cennifer Lopez illər keçdikcə nəinki yaşlanmır, hətta daha da gözəlləşərək gənc həmkarlarını qısqandırır.

Bu xanımın təkcə gözəlliyi deyil, geyim tərzi, hətta makiyaj stili və saç modelləri də dillər əzbəridir.

Tabloid.az-ın “Onların stili” layihəsi çərçivəsində daha öncə əsl dəb ilahəsi hesab etdiyim Cennifer Lopezin səhnə geyimlərindən bəhs etmişdim. (Buradan oxuya bilərsiniz)

Bu dəfə isə Ceylonun dəvətlərdə nümayiş etdirdiyi şıqlığından və gündəlik geyim stilindən yazacağam.

Bu xanım hər geyimi özünə yaraşdırmağı çox yaxşı bacarır. Ceylo qüsursuz bədən quruluşuna sahib olsa da, daha çox ayaqlarını və ombasını bəyənir.

Ona görə də dəvətlərə dərin yarıqlı və ya qısa libaslarda gəlir.

Hər fürsətdə ayaqlarının gözəlliyini vurğulayan Lopezin sinə dekolteləri də göz qamaşdırır.

jennifer-lopez-elbiseleri (6)

Ceylo səhnədə olduğu kimi ziyafətlərə də muncuqlu, pulcuqlu, gipürlü, bədəninə tam oturan paltarlar geyinməyi xoşlayır. Adətən məşhur modelyerlərin onun üçün özəl olaraq hazırladıqları libasları geyinir.

İştirak etdiyi hər dəvətdə gecənin ən şıq qadını kimi qiymətləndirilir.

Adətən bej tonlarında, qara, çəhrayı və ağ rəngli geyimlərdə gördüyümüz Lopez şıqlığını lüks ayaqqabılarla tamamlayır. Hündürdabanlı, iddialı ayaqqabıları çox sevən müğənni olduqca diqqət çəkən modelləri seçir.

Bəzi məşhurlar qadınların geyim tərzinə çox təsir edirlər. Cennifer Lopez də həmin ulduzlardan hesab olunur. Bu heç də təsadüfi deyil, çünki Ceylo həqiqətən də çox zövqlü geyinir.

Ən əsası nəyi necə geyinməli olduğunu bilir.

Ceylonun hətta “J.Lo by Jennifer Lopez” öz geyim brendi də var.

Qadınlara gözəl görünmək üçün ilham verən Cennifer Lopez gündəlik həyatda rahatlığa önəm verir. İdmanı və rəqsi çox sevən Lopez hərəkətlərinə məhdudiyyət qoymayan geyimlərə üstünlük verir.

Seksual bədənini ön plana çıxaran dar şalvarlar, bol kəsimli kofta və bluzlar onun vaz keçilməzləridir.

Jennifer Lopez Saç Modelleri 9

Payız aylarında Ceylonun üzərində ən çox plaş, palto və trençkotları görürük. Hər rəngdə və modeldə trençkotları olduğunu deyə bilərik.

Gündəlik həyatda adətən idman ayaqqabıları və ya qısa çəkmələr geyinir.

Öz adını daşıyan brenddən geyinən Lopez başqa markalara da müraciət edir. Gündəlik həyatda ulduzun üzərində “Mikhael Kale”, “Valentino”, “Lanvin”, “Dolce&Gabbana”, “Paul & Joe Sister”, “Salvatore Ferragamo”, “Rachel Zoe”, “Joseph”, “Milly”, “Adidas”, “Balenciaga”, “Paco Rabanne”, “Kaufman Franco”, “MaxMara”, “Michael Kors”, “Gucci” və “Rockstar Denim” kimi brendlərin məhsullarını görürük.

Əslində Lopezin geyimlərinə baxsaq, hamımızın qarderobunda olan paltarlardan fərqlənməyən modellər görəcəyik. Ancaq onları elə kombinə edir ki, ortaya möhtəşəm nəticələr çıxır.

Günəş eynəyi olmadan evdən çölə çıxmayan gözəl ulduz aksessuar olaraq papaq və şərflərdən istifadə etməyi çox sevir.

Dəvətlərdə və mərasimlərdə kiçik və zərif sırğaları, üzükləri ilə göz qamaşdıran 2 uşaq anası Lopez gündəlik həyatda isə daha iri aksessuarlardan istifadə edir. Xüsusilə halqa sırğalar dəbdən düşsə belə, Cenniferin qulaqlarından düşmür.

Cenniferi demək olar ki, həmişə uzun saçlı görümüşük.

Gündəlik həyatda saçlarını dağınıq yığır və ya açıq saxlayır. Özəl gecələrdə isə ya dalğalı saç modelinə üstünlük verir, ya da saçlarını düzləşdirir. Bəzən də yuxarıdan toppuz yığaraq üzünün gözəlliyini üzə çıxarır.

Cennifer Lopezin moda dünyasındakı tək fəaliyyəti öz adını daşıyan geyim brendi deyil. Lopez həm də ətirləri ilə qadınların gözəllik dünyasına daxil olub. Öz adını daşıyan ətirlər seriyasından bu günə kimi 500 milyon dollardan çox gəlir əldə edən Cenniferin bu sahədə tək rəqibi Beyonsdur. Belə ki, Beyons dünyada ən çox ətri satılan ulduz hesab edilir.

Ceylonun bu qədər baxımlı olması qarşılıqsız qalmır. Gözəl ulduza hər ay məşhur jurnallardan təkliflər gəlir. Ən populyar jurnalların üz qabığına çıxan Ceylo fotosessiyalardan milyonlar qazanır.

Son vaxtlar münsif olduğu “American İdol” adlı mahnı yarışmasına gedərkən demək olar ki, hər gün paparassilər tərəfindən görüntülənməsi onun stilini addım-addım izləməyə imkan yaradır. Çalışın bu fürsətdən istifadə edəsiniz. Cennifer Lopezin stilindən ilham alaraq siz də ən az onun qədər dəbli və cazibədar görünə bilərsiniz.

tabloid.az

tabloid.az

tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm