Bu gündən Bakıda “Ölkələrin paradı” festivalı başlayır
Bizi izləyin

Tabloid.az

Bu gündən Bakıda “Ölkələrin paradı” festivalı başlayır

Bu gündən etibarən Bakıda “Ölkələrin paradı” adlı festivala start veriləcək.

Bu gündən etibarən Bakıda “Ölkələrin paradı” adlı festivala start veriləcək.

Tabloid.az xəbər verir ki, festivalda 20-yə yaxın ölkədən nümayəndə iştirak edəcək.

Festivalın açılış mərasimi bu gün saat 17:00-da Rusiya Federasiyasının möhtəşəm “Rusiyaya pəncərə” adlı mədəniyyət şousu ilə baş tutacaq və noyabrın 7-dək davam edəcək.

Festival çərçivəsində müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub. Festivalda gənc və yeniyetmə rəssamların “Vətən, M.Y.Lermontov və M.F.Axundovun dodaqları ilə” və “Nar ağacı”adlı rəsmləri sərgilənəcək. Nümayiş olunan rəsmlərin çox hissəsi Bakıda yerləşən Rusiya İnformasiya Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Uşaq Yaradıcılıq Mərkəzinə məxsusdur. Sərgidə Rusiyanın xalq sənətkarlıq işləri və suvenirləri nümayiş olunacaq.

Festival “Park Bulvar” ticarət və əyləncə mərkəzində olacaq. Mərkəzin birinci mərtəbəsində arzu edənlər üçün beş dəqiqəlik gimnastika dərsi olacaq. Bu dərs Bakı-2015 ilk Avropa Yay Olimpiya oyunlarına həsr olunacaq. Dərsi bədii gimnastika üzrə üçqat Azərbaycan çempionu, əməkdar məşqçi Nurcahan Əsgərova və onun yetirmələri keçəcək. Gimnastika dərsi bitdikdən sonra gənc estrada mahnılarının ifaçıları və rəqqasları konsert proqramı ilə çıxış edəcəklər. Proqram rus və Azərbaycan mahnı və rəqslərindən ibarət olacaq. Proqram boyu qonaqlar qız və oğlanlardan ibarət uşaq moda nümayişinə baxa biləcəklər. Nümayişdə Azərbaycan və Rusiyanın ənənələrini özündə birləşdirən gənc modelyerlərin işləri sərgilənəcək.

Bu geniş miqyaslı mədəni festival “Park Bulvar” ticarət və əyləncə mərkəzinin dəstəyilə Bakıda fəaliyyət göstərən Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəssamları və rəqqasları, gənc yaradıcılıq klubu olan “Sozvezdie” tərəfindən həyata keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm