Şəkər xəstəliyinin çarəsi bu 7 ədviyyatdadır
Bizi izləyin

Tabloid.az

Şəkər xəstəliyinin çarəsi bu 7 ədviyyatdadır

Ədviyyatların möcüzəvi faydaları

Alimlər hər gün yüzlərlə ildir ki, xalq təbabətində istifadə olunan ədviyyatların daha bir sağaldıcı xüsusiyyətini kəşf edirlər. Bütün dünyada getdikcə artan xəstəliklərdən biri şəkərdir. Tabloid.az şəkər xəstəliyinə çarə olacaq 7 ədviyyat haqqında məlumat verir:

Keşniş toxumu

Çox gözəl qoxusu olan bu ədviyyat sağlamlıq üçün olduqca faydalıdır. Yuxusuzluq problemini aradan qaldıran keşniş toxumu şəkər xəstələri üçün də çox faydalıdır.

2001-ci ildə aparılan araşdrımalara görə, keşniş toxumu qanda insulinin miqdarını tənzimləyir və xolesterolun səviyyəsini aşağı salır.

Bu ədviyyati salatlara, suda və ya buxarda bişirilmiş tərəvəzlərə və yumurtaya vura bilərsiniz.

Sarıkök

Araşdırmaların nəticələrinə görə, sarıkökün tərkibindəki kurkumin adlı maddə xərçənglə mübarizədə təsirlidir.

Xərçəng hüceyrələrinin çoxlamasını və şişlərin yaranmasının qarşısını ala bilir.

2007-ci ildə çinli alimlər kurkumin maddəsinin prostat vəzi xərçəngindən qoruyan hormonların səviyyəsini yüksəltdiyini sübut ediblər.

Bu ədviyyatın sağaldıcı təsirini daha da gücləndirmək üçün qara istiotla birlikdə istifadə etmək lazımdır. Hindistanın tanınmış elm adamları sarıkökdəki kurkumin maddəsi ilə qara istiotdakı piperine maddəsinin birləşdikdə hər iki ədviyyatın daha yararlı olduğunu tapıblar.

Sarıkök şəkər xəstələri üçün çox faydalıdır.

İstiot

Dünyada ən çox istifadə olunan ədviyyat istiotdur. Tərkibindəki mis sayəsində sümük sağlamlığı üçün çox yaralıdır. Həmçinin qırmızı qan hüceyrələrinin artımını da sürətləndirir.

İnsan bədənində mis çatışmazlığı zob xəstəliyi və ürək problemlərinə səbəb ola bilir. Bu ədviyyatı ürəyiniz istəyən bütün yeməklərə əlavə edə bilərsiniz. Şəkər xəstələrinin də qara istiotdan istifadə etmələri məsləhətdir.

Darçın

Darçın qanda şəkərin miqdarını 10 faiz aşağı salır. Beləliklə, bu ədviyyatdan istifadə edən xəstələrin şəkər səviyyəsi normada qalır. Onu yulafla hazırlanan səhər yeməyinə əlavə edə bilərsiniz. Qəhvəyə şəkər tozu əvəzinə darçın əlavə etmək olar.

Hil

Mədə üçün yararlıdır. Bədəndəki qazı azaldraq qarın və mədədəki ağrılardan xilas edir. Həzm sistemini sürətləndirir. Bədəndəki yağların əriməsi üçün ödün işini sürətlənidirir. Südə əlavə edərək içə bilərsiniz. İstəsəniz, bu qarışıma bal da əlavə etmək olar. Şəkər xəstələri şəkər tozu əvəzinə südü dadlandırmaq üçün hildən istifadə edə bilərlər.

Mixək

Diş ağrısını kəsir. İnsülin səviyyəsini tarazlaşdırdığı üçün şəkər xəstələri üçün çox yararlıdır. Tərkibindəki manqan maddəsi sayəsində sümük sağlamlığı üçün çox faydalıdır. Yeməklərə, şorbalara, çaya, hətta adi suya da əlavə edə bilərsiniz.

Zəncəfil

Ürək bulantısını aradan qaldırır, bu baxımdan hamilələr zəncəfildən bol-bol istifadə etməlidirlər. Miqren ağrılarını kəsir. Qan şəkərini aşağı salır. Maqnezium baxımından zəngindir.

Xərçəng, şəkər xəstəliyi və ürək xəstəliklərindən qorunmaq üçün ən ideal vasitədir. Bəzi araşdırmaçılar zəncəfilin xərçəng hüceyrələrini öldürdüyünü deyirlər. Ancaq hələlik bu, elmi şəkildə sübut olunmayıb.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm