Təranə Qumral:"Nazənin Musanı evinə aparıb və..."
Bizi izləyin

Tabloid.az

Təranə Qumral:"Nazənin Musanı evinə aparıb və..."

Müğənni Nazənin həmkarı Təranə Qumralı məhkəməyə verib.

Müğənni Nazənin həmkarı Təranə Qumralı məhkəməyə verib.

Tabloid.az-a açıqlama verən Nazənin bu haqda danışmaq istəməyib. Sadəcə, bildirib ki, aralarında yaşanan qalmaqalı məhkəmə yolu ilə həll edəcək:

“Artıq məhkəməyə müraciət etmişik. Vəkilim mənə bu haqda danışmağa icazə vermir”.

Xatırladaq ki, ötən həftə sonu müğənni Musa Musayev Nazəninin prodüseri Pərvizlə dava edib. İfaçının həyat yoldaşı Təranə Qumral hadisə ilə bağlı “Bazar səhəri” verilişində danışıb. O, hadisə ilə bağlı danışarkən bunları deyib:

“Nazənin illərdir bizimlə ədavət aparır. O, bir neçə il əvvəl Musaya zəng edib ki, gəl, mənimlə rayona toya gedək. Təranəni aparma. Məni həmişə Musaya qısqanıb. Toylarda qabağın kəsib ağzına gələni deyir. Yalandan deyir ərim var. Yeddi dəfə ərə gedib. Gündə biri ilə ailə qurur. Sübutum da var. Bilmədiyim sözü danışmaram. Mənim evimə davanı Nazənin saldı. Musanı evinə aparıb, haqqımda yalanlar dedi. Susdum. Sonda onlar uduzdular. Musa əsəbi adamdı, onu öyrədir, fitva verirdilər. Özlərini rezin kukla kimi düzəldirlər ki, Təranə qədər gözəl olsunlar. Əməliyyatla gözəllik olmur. Haqqımda danışan barəsində elə sözlər deyəcəm ki... Mənim itirəcək heç nəyim yoxdur. Nəyəsə görə susdum, dinmədim. Çünki evimdə böyük qızım var idi. Bundan sonra susmayacağam”.

Efirə telefonla bağlanan Nazənin də həmkarının ünvanına xoşagəlməz sözlər deyib:

“İndiyənə qədər heç bir qalmaqalda olmamışam. Mən abrıma qısılıb, danışmadıqca hamı elə bilir ki, günahkaram. Mənim vəkilim var. Bu işlə məşğul olacaq. Onun dediyi hər söz cinayətdir. Savadsız, cahil deyiləm. Musa Təranədən başqa heç kimə lazım deyil. Qardaşımın toyuna Musanı tək dəvət etmişdim. Orada ancaq kişilər idi. Düşündüm ki, Musa özünə sığışdırıb Təranəni ora aparmaz. Bütün Azərbaycan tanıyır kim kimdir. Orda mələk simasına girməsin. Əri çıxıb buna dedi ki, başqa kişi ilə tutdum. Həyat yoldaşımla Təranəni mən tutmuşam. Ərimin ailəli olmasına qaldıqda isə... Yoldaşım özü ərizə ilə məhkəməyə gedib, Təranənin sözlərinə görə şikayətin edəcək. Musa xalası qızı ilə ailəli idi, Təranə onu ayırdı. Bu nə istəyir? Özünü biabır etməyə çalışır. Təranə Musanı əlində əsir edib. Hara istəsə, o yana da fırladır. Dörd ildir boşanıblar. Ərim-ərim deyir”.

Mövzunu davam etdirəcəyik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm