Elmira Ələkbərzadə: “Ərimlə aramda belə söhbət ola bilməz!” - Fotolar
Bizi izləyin

Tabloid.az

Elmira Ələkbərzadə: “Ərimlə aramda belə söhbət ola bilməz!” - Fotolar

Yerli şou əhli arasında ailə quran xanımlar çoxdur. Bəziləri ailə qursa da, həyat yoldaşlarını görən olmayıb, bəziləri isə sadəcə ad üçün ailə qurub. Amma sözün əsl mənasında da AİLƏ quranlar da var. Onlardan biri də Elmira Ələkbərzadədir. Bu gün müğənni

Yerli şou əhli arasında ailə quran xanımlar çoxdur. Bəziləri ailə qursa da, həyat yoldaşlarını görən olmayıb, bəziləri isə sadəcə ad üçün ailə qurub. Amma sözün əsl mənasında da AİLƏ quranlar da var. Onlardan biri də Elmira Ələkbərzadədir. Bu gün müğənni ailə qurmasının 3-cü il dönümünü qeyd edir.

Şad xəbəri Elmira xanım ilk olaraq sosial şəbəkədə izləyiciləri ilə bölüşüb: “3 noyabr Emil Çingizlə evliliyimizin 3-cü ildönümüdür. Qoy bizim bu kiçik ailəmiz xoşbəxt, qarşılıqlı anlaşma əsasında daha da möhkəm olsun. Xoşbəxt olaq!”

Tabloid.az müğənnini ilk təbrik edənlərdən biri oldu.

- Emma xanim, Sizi təbrik edirik!

- Çox sağ olun, əzizim.

- İldönümü sabahınız necə açdınız ? Sürpriz ürəyinizcə oldu?

- Biz artıq gecədən bir-birimizi təbrik etmişik. Səhər isə hədiyyələrimizi bir-birimizə təqdim etdik. Amma mənə verilə hədiyyənin nə olduğunu açıqlamaq istəmirəm. Əsas odur ki, canımız və doğmalarımız sağ salamatdır.

Yeri gəlmişkən deyim ki, axşam qayınanam da mənə nə isə sürpriz hazırlayıb. Hələ bilmirəm nədir.

- Qayınananızla münasibətiniz necədir?

- Münasibətimiz çox yaxşıdır. Tez-tez onlara gedirəm. Bir birimizi çox istəyirik. O, mənə qızım deyir. Onun qızı yoxdur. İki qayınım var. Onlar da yaxşı oğlanlardır.

- Bəs Siz Emil bəyə nə hədiyyə etmişiniz?

- Mən ona bahalı ətir hədiyyə etdim.

- Həyat yoldaşınızın hansı xasiyyətini bəyənmirsiniz?

- Emilin bütün cəhətləri yaxşıdır. Bircə çox danışır. (gülür) Amma bu cəhət məndə də var. Deyingənəm. Bu xasiyyətim də onun xoşuna gəlmir...

- Onda demək olar ki, yaxşı tapmışınız bir-birini?

- Əlbəttə, tay tayını tapar (gülür).

- Azərbaycan ailələrində belə bir adət var ki, bir ilə uşaq olmursa oğlan tərəf deyir boşa getsin. Siz belə halla rastlaşmamısınız ?

- Xeyr. Bizdə belə söhbət olmayıb. Heç bu gün də belə söhbət yoxdur. Ola da bilməz!

Onu da deyim ki, Azərbaycanda yaxşı həkimlərin sayı azdır. Ona görə də, hamilə olsam, Bakıda dünyaya uşaq gətirməyəcəyəm. Bizim həkimlər insanları şikəst edirlər. Bəlkə gələcəkdə qarşıma elə həkim çıxacaq ki, mən o həkimin qarşısında baş əyəcəyəm. Amma televizorda hər gün elə xəbərlər eşidirəm ki... Doğuş zamanı nə qədər ana ölür. Ümumiyyətlə, savadsız həkimlərin qarşısını almaq və savadlılara yol açmaq lazımdır.

- Deyirlər sevgi ailə qurana kimidir. Ailə qurduqdan sonra sevgi bitir. Sevib ailə quran bir şəxs kimi bu fikri necə şərh edərdiniz ?

- Əsl sevgi və hörmət heç vaxt bitməz!

Xatırladaq ki, müğənni həyat yoldaşı ilə “Facebook” sosial şəbəkəsində tanış olub və ailə qurub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm