Kişilər ilk 5 saniyədə nələrə diqqət edir?
Bizi izləyin

Tabloid.az

Kişilər ilk 5 saniyədə nələrə diqqət edir?

Kişiləri ovsunlamağın 5 yolu

Kişiləri ovsunlamağın 5 yolu

İlk görüşün, ilk tanışlığın çox önəmli olduğu haqqında yəqin ki, eşitmisiniz. Xüsusən də nə geyindiyiniz böyük önəm kəsb edir. Çünki geyim sizin haqqınızda qarşı tərəfə müəyyən məlumatlar ötürür. “İnsanı geyiminə görə qarşılayıb, ağlına görə yol salırlar” məsəli bu məqamda yerinə düşər. İlk 5 saniyədə qarşı tərəfin nə geyindiyi, saç düzümü, daha sonra danışıq tərzi, özünü aparması həmin insanın xarakterindən xəbər verir. Tabloid.az kişilərin ilk 5 saniyə ərzində diqqətini çəkən məqamları bu cür sıralayıb.

1-ci saniyədə təbəssümünü işə sal və onun diqqətini çək!

1 saniyədə fəth et: Gözəl təbəssümün əsası ağ dişlər, baxımlı dodaqlar və təravətli nəfəsdir. Bununla yanaşı, əlbəttə, gülüşünün məcburiyyət və süni olmaması lazımdır. Çünki üz ifadənizdən təbəssümün süni olmasını hər kəs başa düşür.

1 saniyədə itir: Dişinə yapışmış yemək parçası onu səndən geriyə dönüşü olmayacaq şəkildə uzaqlaşdıra bilər.

Nə etməlisən?

Onunla görüşməzdən əvvəl dişlərini təmizləməyi unutma! Diş həkiminə get və lazımdırsa ət, diş daşlarını təmizlətdir. Çantadan dodaqlarını ideal şəkildə vurğulayan pomadanı əskik etmə! Ən azından dodaq balzamı çək.

2-ci saniyədə baxışlarınla qarşı tərəfi ərit...

1 saniyədə fəth et: Təbii ki, ideal göz makiyajı və uzun kirpiklər baxışlara dərin məna bəxş edir. Ecazkar görünən gözlərini qarşı tərəfin gözlərinə fokuslayan zaman ona inanılmaz dərəcədə təsir edəcəyindən və ovsunladığından əmin ola bilərsən. Lakin baxışlarını onun üzərinə dayanmadan dikməyi tövsiyə etmirik. Baxışların narahatlıq yaratmamalı, mənalı olmalıdır.

1 saniyədə itir: Şit göz makiyajı və axmış tuş ilə ona necə baxmağından asılı olmayaraq, hədəfin boşa çıxacaq!

Nə etməlisən?

Cəzbedici baxışlar üçün qaşlar da çox əhəmiyyətlidir. Qaşların formasını pozan tükləri mütəmadi olaraq təmizlə.

Təbii rəngli və sadə makiyaj et

Eynəklərin var? O halda eynəklərinlə trendləri yaxala. İntellektual görünmək üçün şüşəli eynək dəbi ilə ayaqlaşa bilərsən.

3-cü saniyədə saçlarınla başını döndər

1 saniyəyə fəth et: Parlaq və xoş qoxulu saçlar istənilən kişinin yanından keçəndə onun iy bilmə qabiliyyətini cuşa gətirəcək.

1 saniyədə itir: Əmin ol ki, kişilər saç modelinin mükəmməl olub-olmamasına məhəl qoymurlar. Onları saç modelindən daha çox saçların təmiz olması maraqlandırır. Sizdən uzaqlaşmasının yeganə səbəbi yağlı saçlardır!

Nə etməlisən?

Mütləq üz formasına uyğun bir model seç, daha sonra saçlarına həcm qazandıran, canlandırıcı maska çək. Parlaqlıq verən sprey və ya krem çəkməyi unutma.

4-cü saniyədə tərzinlə təsir et!

1 saniyədə fəth et: Mini ətəkləri və dekoltenin həddini aşma, amma qadınlığı və bədən xətlərini büruzə verən detalları unutma. Xarici görünüşə qarşı etinasız yanaşma. Dağınıq və kişi stilindən uzaq durun.

1 saniyədə itir: Həddindən ziyadə dekolteli geyim və çox mini ətəklə kişiləri özünə cəzb edə bilməzsən. Qısa ətəklə kişilərin beynində cinsəllik haqqında gözəl fantaziyalar qurmasına nail ola bilərsən, lakin dərin iz buraxa bilməyəcəksən. Çünki kişilər qadını başqalarından fərqləndirən xüsusiyyətlər daha çox diqqət edər.

Nə etməlisən?

Pamela Anderson kimi görünürsənsə, kişilərə xoş təsir bağışlamaqdan daha çox gülüş hədəfi olacaqsan. Məqsədin paltarını deyil, təbii gözəlliyini ön plana çıxartmaq olmalıdır. Bundan başqa, özünü içində rahat hiss etmədiyin paltarlar geyinmə.

5-ci saniyədə ətrinlə sehrlə

1 saniyədə fəth et: Ətir kişini əldə etməyin ən gözəl üsuludur. Kişilər gözəl ətir qoxusunu hiss edəndə özlərini itirirlər desək, səhv etmərik. Sadəcə qoxunun ağır olmamasına və qarşı tərıfi boğmamasına diqqət edin.

1 saniyədə itir: Ağır ətirlə ona baş ağrısı yaşatmağa qərarlısınıza, nənənə məxsus olan ətri sıxaraq yanında bütün gecə otura bilərsən. Əmin ol ki, qoxunun ağırlığını duyan kimi yerindən qalxıb gedəcək.

Nə etməlisən?

Ətir seçərkən çiçəkli, meyvəli qoxulara üstünlük verin və onu çantanızdan heç zaman əskik etməyin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm