• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Ağadadaş Ağayev bizi məhkəməyə verə bilməz”

“Ağadadaş Ağayev bizi məhkəməyə verə bilməz”

“O, bizi məhkəməyə verə bilməz. Heç bir vəkil ona məsləhət görməz ki, bu məhkəmə işi baş tutsun. Bu videonu biz çəkməmişik, birinci də biz yaymamışıq. Həmin video yayılandan sonra biz oxuculara təqdim etmişik”.

Bu sözləri “Axar.az”a açıqlamasında “Qafqazinfo” saytının Baş direktoru Elbrus Ərud dedi. O, xalq artisti Ağadadaş Ağayevin gizlin videosunu yayan saytları məhkəməyə verməsinə münasibət bildirərkən qeyd etdi ki, videonu çəkən, onu internetə yerləşdirən, görüntüləri ilk yayımlayan sayt məhkəməyə verilə bilər: “Həm də ki, bu artıq köhnə söhbətdir. Video yayılmasından çox vaxt keçib”.

Qeyd edək ki, Xalq artisti Ağadadaş Ağayev bir müddət əvvəl mətbuatda yayımlanan videogörüntüsü ilə bağlı fevralın 28-də məhkəməyə müraciət edəcəyini bildirib. Onun məhkəməyə gec müraciət etməsinin səbəbi isə müğənninin qızının səhhətində yaranan problemlə əlaqədar olub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR