• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Nazənin üç ilədək həbs oluna bilər? - ŞOK

Nazənin üç ilədək həbs oluna bilər? - ŞOK

Müğənnilər Təranə Qumral və Nazəninin canlı yayımdakı “söz atışması” hələ də mətbuatın müzakirə mövzusudur. Bu məsələdə Təranə Qumralı da haqlı sayanlar var, Nazənini də. Bəziləri isə düşünürlər ki, tərəflərin bir-biri barədə efirdə bu cür ifadələr səsləndirməsi tamaşaçıya hörmətsizlikdir.

Bəs baş verənlərə hüququ aspektdən yanaşsaq, kim daha haqlıdır?

Hüquqşünas Vüqar Səfərli bu barədə Publika.az-a açıqlamasında deyib ki, sözügedən qalmaqalda ilk təhqir edən tərəf Nazənin olub və onun işlətdiyi ifadələr daha sərt olduğundan vəziyyət onun əleyhinədir:

“Baxdığım qədərilə ilk olaraq şərəf və ləyaqəti təhqir edən Nazənin oldu. Çünki Təranə Qumral xəbərdarlıq etdi ki, o, məni təhqir etsə, daha pis cavab verəcəyəm. Nazənin isə birbaşa şər və böhtan xarakterli çıxış etdi. “Ərimi onunla tutmuşam” ifadəsi əməlli-başlı təhqirdir. Burada ikitərəfli təhqir yoxdur. Burada bir təhqir olunan var, o da Təranə Qumraldı”.

Hüquqşünas Təranə Qumralın Nazənin barədə işlətdiyi “O, yeddi dəfə ərdə olub” ifadəsinin hüquqi məsuliyyətindən də danışıb:

“Təranə Qumral Nazənini yeddi dəfə ailə qurmağı ilə bağlı fikirləri özünü müdafiə üçün dedi. Burada ilkin olaraq, hüquqazidd əməlin təşəbbüsçüsü Nazənin olub. Hətta Təranə Qumral ondan əvvəl desəydi ki, Nazənini yeddi dəfə ərdə olub, bu da təhqir deyildi. Çünki istəsən, on dəfə də ailə qura bilərsən. Bu, təhqir deyil ki. Nazənini xanımın fikirləri isə Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə qiymətləndirilə bilər. Yalan olduğunu bilə-bilə Kütləvi İnformasiya Vasitələrində bu cür çıxışlar etmək şərəf və ləyaqəti təhqir etməkdir. Təhqir olunan tərəf xüsusi ittiham qaydasında məhkəməyə müraciət edə bilər. Bu maddəyə görə islah işləri, pul cəriməsi və üç ilədək həbs nəzərdə tutulur”.

Qeyd edək ki, canlı efirdə müğənni Nazənin Təranə Qumralı əriylə tutduğunu, Təranə Qumral isə Nazəninin yeddi dəfə ərdə olduğunu bildirmişdi.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR