Şəfa anbarı olan yaşıl mərcinin faydaları
Bizi izləyin

Tabloid.az

Şəfa anbarı olan yaşıl mərcinin faydaları

Şəfa anbarı olan yaşıl mərcinin faydaları

Yaşıl mərci qış mövsümün ən dadlı qidalarından biridir. Xüsusən də şorbasını sevə-sevə yeyirik. Şorbasından, yeməyinə, salatından, piroquna bir çox yeməyə qatılan yaşıl mərcinin olduqca çox faydası var. Tabloid.az yaşıl mərcinin faydalarını bu cür sıralayıb:

Yaşı zülal anbarıdır, 1 porsiyasında 18 qram zülal var və ətin tərkibindəki zülal quruluşuna ekvivalent sayıla bilər.

1 porsiya yaşıl mərcinin tərkibində 16 qram lif var, lif nisbətinin yüksək olması səbəbindən həzm sistemini hərəkətə gətirir, qəbizliyin qarşısını alır.

Pis xolesterin səviyyəsini aşağı salır, qan təzyiqini tarazlaşdırır. Toxluq hissini artırır, arıqlamağa kömək edən qidalardan biridir.

Dəmir məzmunu yüksəkdir, 1 porsiyası gündəlik dəmir ehtiyacınızın 40 faizini qarşılayır. Qanazlığı problemi olanların bol limonlu salat ilə istehlak etmələri dəmirin miqdarını artmasına səbəb olur.

Fitoöstrojen ehtiva edən nadir qidalardan biridir. Qadınlarda menstruasiya və menopoz sıxıntılarını aradan qaldırır.

Xərçəngə qarşı qoruyur, amma xərçəngdən müalicə olunanların diqqətli istehlak etmələri lazımdır.

Kaliumla zəngindir, təzyiqi tarazlıqlar, ürək sağlamlığını qoruyur. Enerji mübadiləsini də tənzimləyir, yorğunluğu aradan qaldırır. Qan şəkərini tənzimləyir, şəkər xəstəliyinə də müsbət təsiri var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm