• USD 1,7339 0,00% EUR 1,8297 0,00%
    • GBP 2,2001 0,00% RUB 0,0270 0,00%

Eleqant və şıq qadın obrazını tamamlayan qlamur əlcək modelləri - Fotolar

Eleqant və şıq qadın obrazını tamamlayan qlamur əlcək modelləri - Fotolar

Heç kimə sirr deyil ki, əllərin dərisi çox həssas olur. Buna görə də onları soyuğun şaxtasından qorumaq lazımdır. Bu zaman bizim köməyimizə 2015-ci ilin eleqant əlcək modelləri gəlir. Bu əlcəklər qadınların zərif və həssas əllərini qorumaq üçün hazırlanıb. Lakin əlcəklər təkcə əllərin qeydinə qalmır, həm də hər bir qadını şıq göstərmək funksiyasını öz öhdəsinə götürür. Əlcəklər əlləri bəzəyən akssesuar kimi istifadə edilir.

Dəri əlcəklər 2014-cü ildə olduğu kimi 2015-cü ildə də olduqca populyardır. Qış aylarında kaşmir və ya zamşa əlcəklərlə yanaşı, dəri əlcəklər də ön planda olacaq. Dəri əlcəklərin klassik qara rəngləri ilə yanaşı, xoş və şıq rəngli modelləri ilə də aktualıdır. Özəlliklə deşmə detallar 2015-cü ildə bütün aksessuar və paltarlarda olduğu kimi əlcəklərdə də olduqca trend halını alıb.

Dizaynerlər 2015-cü ildə fantaziyalarını işə salaraq bir-birindən fərqli və dəbli əlcəklər hazırlayıblar. Əlbəttə ki, dəri əlcəklər digərlərindən daha çox dəbdədir və sevilir. Dəri özlüyündə həqiqətən də əla materialdır. Çünki davamlıdır və gec xarab olur. Bundan əlavə dəri qadını seksual obraza sala bilir. Rəngli dəri əlcəklərə qadının stilini tamamlamağa və geyimi ilə harmonik ansambl yaratmağa imkan verir.

Dəri əlcəkləri həm ciddi stillə, həm gündəlik idman üslubu ilə uyğunlaşdırmaq asandır. Onlar həm xəzlərlə, həm palto, həm də dəri gödəkcələrlə yaxşı görünür. Dəri əlcəklərin uyğun olmadığı geyim tapmaq olmaz. Qışda eleqant və seksual qadın obrazını yaratmaq istəyirsinizsə, qarderobunuza dəri əlcəklər də əlavə edin.

Bundan əlavə xəzli əlcəklər də qışın ən dəbdəbəli geyim əşyasıdır. Onlar ən zərif barmaqları bəzəməyə qadirdir. Parçadan və yundan hazırlanan orijinal əlcəklər də dərilər qədər dəbdədir. Onlar qış geyiminə gözəl ansambl qatmağa imkan verir. Qışın ən dəbli əlcəklərinə baxmağı unutmayın.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR