• USD 1,7001 0,00% EUR 2,0032 -0,42%
    • GBP 2,2846 +0,01% RUB 0,0289 -0,35%

Təranə Qumral: “Nazənin Cabbarın “maşasıdır” - Özəl, müsahibə

Təranə Qumral: “Nazənin Cabbarın “maşasıdır” - Özəl, müsahibə

Bu gün gündəmi müğənnilər Təranə Qumralla həmkarı Nazəninin arasında yaşanan qalmaqal zəbt edib.

Təranə Qumral Tabloid.az-a müsahibəsində bir il öncə həyat yoldaşı Musa Musayevlə aralarında yaşanan münaqişədə Nazənin və qaynı, müğənni Cabbar Musayevi günahlandırıb. Hətta Təranə Qumral hadisə ilə bağlı “Bazar səhəri” verilişində danışıb.

Kiçik bir haşiyə çıxaraq xatırladaq ki, ötən il Musa Musayev mətbuata həyat yoldaşı Təranə Qumralın ona xəyanət etdiyini bildirmişdi. Hətta o, “Təranədən çoxdan şübhələnirdim. Telefonda başqa bir kişi ilə danışdığını, onunla eşq yaşadığını hiss edirdim”- deyə bildirmişdi:

“Sonra onları öz evimizdə, yataq otağında tutdum. Təranəni ov tüfəngi ilə vurmaq istədim, alınmadı, qaçıb qonşuda gizləndi. O, məndən 17-ci Polis Bölməsinə şikayət edib”, - deyə açıqlama verən M.Musayev həyatının uzun illərini Təranə Qumrala həsr etdiyi üçün peşman olduğunu sözlərinə əlavə etmişdi. Daha sonra isə M.Musayev T.Qumralla barışdığını efirdə bəyan etdi.

M.Musayevin qardaşı Cabbar Musayev isə qardaşının məhz Təranə Qumrala görə bütün qohumlardan üz döndərdiyini söyləmişdi:

“Qardaşım bizə inanmırdı. Son vaxtlar Təranə xanımdan şübhələnmişdi. Evdə aparat-filan qoyub, səsini, telefon danışığını tutdu. Həmin xanımın bizim soyadımızı daşımağa heç bir ixtiyarı yoxdur. Onu heç vaxt gəlinimiz kimi görməmişik. Musayevlər Təranəni qəbul eləməyib. Məhz o qadına biz iki qardaş 17 ildir ki, bir-birimizlə danışmırıq”.

Beləliklə, Təranə Qumralın Tabloid.az-a verdiyi müsahibəni təqdim edirik.

- Nazənin xanım sizi məhkəməyə verməsindən xəbəriniz var?

- Nazənin məni nəyə görə məhkəməyə verir? 7 əri olduğunu dediyimə görə? Bunu elə-belə demirəm ki, faktlarla danışıram. Hər zaman efirlərdə deyir ki, 7 qardaşın bir bacısıyam. O, hansı xanımlıqdan danışır axı?! Nazəninin bir bacısı var, o, da ondan imtina edib. Bunu hamıdan gizlədir. Bacısının da adı Xəzəngüldür. Əgər mələk simalı olub, ailədən, tərbiyədən, mədəniyyətdən danışırsa, niyə indiyə qədər böyük bacısının olduğunu hamıdan gizlədib? Mən Musa ilə 21 ildir ki, ailəliyəm. Bizim aramıza davanı Nazənin saldı. Nazənin efirdə dedi ki, Musanı ona görə toylara dəvət edirdim ki, çünki kişi məclisi idi. Məgər, sən də kişisən? Sən niyə kişi toyuna Musa ilə gedirdin? Sözün altından çıxmaq üçün deyir ki, mən düşündüm, Musa Təranəni kişi məclisinə aparmaz. Onsuz da mən Musa ilə bütün günü toylara gedirəm. Çıxış etdiyimiz tədbirlər kişi məclisidir də, hamısı kampaniyalardır. Prodüseri dedi ki, Nazənin 4 il əvvəl Musa müəllimin qarşısını kəsib. Ona mənimlə bağlı xoşagəlməz sözlər deyib. Nəyə görə camaatın ərini aparıb, beynini doldurursan? Gündə bir kişini qoynuna alırsan. Bu dünyanın kişiləri sənə azlıq edir? Gərək Musanı da özünə dartardın?

- Onların arasında nəsə olub?

- Musa ona heç gözünün ucu ilə də baxmaz. Çünki Nazənin Musanın zövqündə olan qadın deyil. Musa mənim kimi gözəl xanımını qoyub, silikonlu kuklanı tutmayacaq. Yaşını da yalandan azaldır. 50 yaşında süni mayalanma ilə uşaq dünyaya gətirdin. 50 yaşında qadın uşaq doğur? Yaşını azaltdın ki, biabırçılıq olmasın. Deyir ki, mənim yoldaşım belə, kəbinim elə... “İnstagram” səhifəsində əri ilə şəkillərini, VVAQ sənədlərini paylaşsın, görək.

- Bu qalmaqalı aranızda həll edə bilməzdiniz? Niyə efirə çıxardınız?

- Buna mən şərait yaratdım. Qızımın toyu ərəfəsində bunu üzə çıxara bilməzdim. O ərəfədə mən nə Musaya bir söz dedim, nə də bir başqasının adını çəkdim. Hər şeyi zamanına buraxdım. O gün bu gündür.

- Necə düşünürsünüz, Nazənin sizi məhkəməyə verəcək, yoxsa sadəcə, hədə-qorxu gəlir?

- İnanmıram ki, o, məni məhkəməyə versin. Çünki Nazənin bilir ki, mən Təranəyəm. Əgər mən danışıramsa, deməli, nə isə bilirəm. Onun ağlı olsa, məni məhkəməyə verməz. Çünki mən əgər deyirəmsə ki, Nazəninin 7 əri var. Əlimdə faktım var.

- Söhbət hansı sübutdan gedir?

- Sübutum odur ki, onun ərə getdiyi insanları tanıyıram. Yaşını azaltdığını bilirəm. 7 nəfərlə yaşayıb. Biri ilə 5, digəri ilə 3 il yaşayıb. 7 kişinin hər biri ilə 3-5 il yaşayıb. Mən hələ gündəlik olaraq görüşdüklərini saymıram...

- Musa Musayev nə yaxşı bu söhbətlərin ictimailəşməsinə razı oldu?

- Onlar Musa müəllimin həyatını məhv elədilər. Nə qədər əsəb keçirdi. Musa deyir ki, arxanda dayanmışam, ürəyin nə istəyir de.

- Nazəninin sizdən istədiyi nədir? Yoxsa Musa Musayevdə gözü var?

- Paxıllıqdan ailəmi dağıtmaq istəyir. Xoşbəxtliyimi gözü götürmür və Musada gözü var. Niyaməddinin mahnılarını oxudu, ürəyi soyumadı... Cabbarın mahnılarını oxudu, ürəyi yenə soyumadı... Nazənin bu gün kimlərinsə maşasıdır. Bəlkə Cabbarın “maşasıdır”? Bilmirəm... Amma ki, Nazənin kimilər bizim ailəmizi dağıda bilməz. Məni, balalarımı gözü götürmür. Paxıllığı tutur ki, mənim gözəl ailəm var. Nazənin hansı nümunəvi ailədən danışır? Qardaşları həbsxanadadır, narkotik alveri edərkən tutulublar. Görün, bu nə dəhşətli hadisədir. Bunun qardaşları narkotik alverçisidir...

- Musa müəllimin qardaşı, Cabbar Musayevin adını çəkdiniz. Hətta bir neçə il öncə bu qalmaqallar ortaya çıxanda məlum olmuşdu ki, sizin evliliyinizə onlar etiraz edirlər. Ola bilər ki, o ailə, Musayev qardaşları sizi Musa Musayevdən ayırmaq istəyir?

- Musa Cabbarı həyatından silib. Bizim ailəmizdə, evimizdə, Cabbarın adı çəkilmir. Sadəcə, sözgəlişi dedim. Bilirəm ki, Nazənin Cabbarın “maşasıdır”. Cabbar kimlərinisə əli ilə aranı qarışdırmaq istəyir. Bəlkə Cabbar sözünü deyə bilmir, Nazəninin vasitəsi ilə sözləri Musaya ötürür. Əlləri çatmır, ailəmizin içinə girə bilmirlər axı. Bu qalmaqalın yaranması Musanın zəifliyindən ortaya çıxdı. Onun qısqanclığından istifadə etdilər. Fikirləşdilər ki, Musaya mənimlə bağlı nə desinlər, o, əsəbiləşsin, yolunu azsın. Ancaq onu qısqandırmaqla... Bu gün hamı görür ki, Musa mənim arxamda necə dayanıb. Məni necə qoruyur, necə sevir.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>