Bu orqandakı xəstəlik bütün orqanizmi məhv edir
Bizi izləyin

Tabloid.az

Bu orqandakı xəstəlik bütün orqanizmi məhv edir

Dalaq əsasən soyuqdəymədən xəstələnir, uzun müddət ağrı vermir və xəstəlik gizli şəkildə inkişaf edir

Dalaq kiçik orqan olsa da, orqanizmdə qanyaradıcı üzvlərin ən böyüyüdür. Bu orqan orqanizm üçün çox önəmli funksiyaları yerinə yetirir. Dalaq şişərək qanın təzyiqini azaldır.

Dalaq sol tərəfimizdə mədə ilə qabırğanın arasında yerləşir. Qəribədir ki, bu orqan yerini dəyişə bilir. Bəzi insanlarda əlavə dalaq olur ki, xəstəliklə bağlı əsas dalaq əməliyyatla götürüldükdə həmin kiçik dalaq böyüyüb öz funksiyasını yerinə yetirməyə davam edir. Nadir hallarda isə insanlar dünyaya dalaqsız gəlirlər.

40 yaşından sonra dalağın həcmi kiçilməyə başlayır və yaşlaşdıqca kiçilmə davam edir.

Dalaq əsasən, soyuqdəymədən xəstələnir, uzun müddət ağrı vermir və xəstəlik gizli şəkildə inkişaf edir. Dalaq ağrıyırsa, deməli xəstəlik artıq kəskin hal alıb. Dalağın sağlamlığının qeydinə qalmaq çox vacibdir. Bu orqan bədənimizdəki ən önəmli orqanlardan biridir. Dalaq xəstləndikdə başqa orqanları da xəstələndirir.

Dalağı xəstə olan insanlarda bu problemlər baş qaldırır:

Mədəaltı vəzin fəaliyyəti zəifləyir və həzm sistemi yavaşlayır;

Bağırsaqların fəaliyyəti pisləşir;

Oynaqlarda revmatizm xəstəliyi yaranır;

Dalaq xəstəliklərində əsas müalicə kimi bioenerjidən istifadə edilir. Mülaicə zamanı vitaminlərdən, bal kimi güclü qidalardan istifadə edilir.

Xalq təbababətində dalağın müalicəsi üçün bir neçə resept mövcuddur:

Balqabağın quru qabığını 10 qram sirkə ilə içmək dalaq böyüməsinə qarşı faydalıdır.

Turp toxumunu yumşaq döyüb sirkəyə qataraq dalağın yerləşdiyi nahiyəyə çəkmək lazımdır.

Xardalı əncirlə döyüb təpitmə qoymaq dalaq şişinin çəkilməsinə kömək edir.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm