Zabir Əliyev 24 yaşlı oğlundan və şəxsi həyatından danışdı - Fotolar
Bizi izləyin

Tabloid.az

Zabir Əliyev 24 yaşlı oğlundan və şəxsi həyatından danışdı - Fotolar

Teleməkanın ən məhşur simalarından biri olan aparıcı Zabir Əliyev indiyədək heç yerdə danışmadıqlarını tabloid.az-a danışıb.

Teleməkanın ən məhşur simalarından biri olan aparıcı Zabir Əliyev indiyədək heç yerdə danışmadıqlarını tabloid.az-a danışıb. Tamaşaçılara daha çox “Ekstrahiss” verilişinin aparıcısı kimi tanınan, ətrafına ekstrasens və falçıları toplayıb gizli qalan məqamları aşkar edən Zabir şəxsi həyatını əməlli başlı gizli saxlamağı bacarıb. Lakin şəxsi həyatını bu qədər qapalı edən aparıcı bəzi məqamları bizdən gizlədə bilmədi.

- İlk olaraq başlayaq ANS kanalından işdən çıxmağınızdan danışaq. Kanala işə girməyinizlə çıxmağınız demək olar ki, bir neçə ay çəkdi. Niyə?

- ANS mənim həyatımın təzadlar, təlaş, sıxıntı və problemlərlə dolu dönəminə təsadüf etdi. ANS mənim problemlərimi rahatlaşdırmaq əvəzinə daha da ağırlaşdırdı. Dörd ay bu adıçəkilən şirkətdə çalışdım. ANS həyatıma qara boya çilədi.

- Hazırda ATV telekanalında işləyirsiniz. Bundan başqa nə kimi yeniliklər var ?

- Artıq yeniliklər axtarışında deyiləm. İndi yeniliklər özü gəlib məni tapır. Açıq deyim ki, hər şeydən əlim soyuyub. İnsan uğurunu paylaşa biləcək bir insan tapmayanda usanır, yorulur.

- Baxımlı və yaraşıqlısınız. Bəs niyə ailə qurmursunuz ?

- Mən anam kimi ikinci birini tapa bilmərəm. Bir daha evlənməyəcəyəm. Hazırda subayam, amma bir oğlum var. Onunla birlikdə yaşayıram. 24 yaşı var. Şəxsi həyatımla bağlı artıq heç nə danışmayacağam. İsrar etməyin. Onsuz da indiyədək danışmadıqlarımı dedim.

- Amma bildiyim qədər ailənizdə daha bir artım olub...

- Bəli, bu həmkarım Lamiyə Ələkbərovanın sayəsində baş verdi. O mənə Koko adlı 2 aylıq pekines cinsindən olan bir it hədiyyə etdi. İnanıram ki, bu it həyatıma rəng qatacaq. Bu mənim ilk ev heyvanım deyil. Bundan başqa, həyətdə labrador cinsindən olan daha bir 4 ayaqlı dostum var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm