
Noyabrın 12-də Çində “Miss Model of the World 2014” beynəlxalq model müsabiqəsinin dünya finalına start verilib.
“AES Group”-un prezidenti, təşkilatçı Aqil Məmiyevin Tabloid.az-a verdiyi məlumata əsasən, ölkəmizi “Miss Model of the World 2014” yarışmasında 20 yaşlı modelimiz Kamilla Ələkbərova təqdim edəcək. Təmsilçimiz noyabrın 11-də Honkonqa yola düşəcək.
A.Məmiyev əlavə edib ki, “Miss Model of the World 2014” yarışına hazırlıq tam sürətlə davam edir . Yarışmada dünyanın 100-ə yaxın ölkəsindən qızlar qatılacaq.
Nəzərinizə çatdıraq ki, müsabiqə 1988-ci ildən hər il dünyanin nüfuzlu ölkələrində keçirilir.
Qeyd edək ki, yarışmanin beynəlxalq direktoru “World Beauty Congrens”in prezdenti Zamir Hüseynov, Azərbaycan üzrə təşkilatçısı isə Aqil Məmiyevdir.