• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Fatiməni Hindistanda ağlatdılar - Fotolar

Fatiməni Hindistanda ağlatdılar - Fotolar

Rəqqasə Fatimənin Hindistanda keçirilən “Udbhav international Dance Carnival” festivalına qatılması haqda xəbər verimişdik.

Hazırda Hindistanda olan rəqqasə Tabloid.az-a açıqlamasında bildirib ki, o, festivalın növbəti günündəki çıxışına hazırlaşır:

“Əvvəlcə deyim ki, Azərbaycanım, vətənim üçün çox darıxmışam. Bu, mənim Hindistana 3-cü səfərimdir. Festivalın ilk günündə çıxışımı geridə qoydum. Festivalda hər bir xalqın çıxışından öncə ölkəsi barəsində qısa video-çarx nümayiş olunur. Çıxışımdan öncə Azərbaycan haqqında hazırlanmış video-çarxı izləyəndə bir daha doğma vətənimlə qürur duydum. Bu hislər sözlərlə ifadə olunmaz. Kövrəldim, göz yaşlarımı saxlaya bilmədim. Amma buna baxmayaraq, səhnəyə çıxıb, milli “Uzun dərə” rəqsini təqdim etdim. Çox gözəl və maraqla qarşılandı. Festivalda məndən savayı “Səma rəqs” ansamblının və 8 yaşlı tələbəm Fatimə və müğənni Aslan Hüseynovun çıxış etdi. Onların çıxışı da alqışlarla qarşılandı. Qarşıda bizi festivalın növbəti günü gözləyir. Müsabiqənin qala gecəsində tələbəm Fatimə ilə hind rəqsini ifa etməyi də düşünürəm”.

“Göyçək” ləqəbli rəqqasə onu da əlavə edib ki, Hindistan mətbuatı onlara xüsusi maraq göstərir:

“Hindistana gəldiyimiz gündən bütün media və televiziyalar bizimlə maraqlanır. Hətta bir neçə qəzet barəmizdə xəbər dərc ediblər. İnşallah Bakıya qayıtdıqdan sonra festival barəsində daha geniş məlumat verəcəyəm”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR