Ağız qoxusundan birdəfəlik xilas olmağın ən əlverişli yolu
Bizi izləyin

Tabloid.az

Ağız qoxusundan birdəfəlik xilas olmağın ən əlverişli yolu

Narahatlıq yaradan ağız qoxusu bir çox insanın həyat keyfiyyətinə təsir edən, bəşəri münasibətlərini məhdudlaşdıran mühüm bir problemdir.

Narahatlıq yaradan ağız qoxusu bir çox insanın həyat keyfiyyətinə təsir edən, bəşəri münasibətlərini məhdudlaşdıran mühüm bir problemdir.

Ağız qoxusu həm bizi, həm də ətrafımızdakı insanları narahat edir. Bununla mübarizə aparanlar danışmaqdan çəkinir, ya da danışanda ağzını bağlamağa ehtiyac duyur. İnsanların özünə olan etibarını itirməsinə səbəb olan ağız qoxusu psixoloji problemlərə yol açan haldır.

Tabloid.az Türkiyə mətbuatına istinadən bildirir ki, su ağız qoxusunu aradan qaldırmaqda böyük oynayır. Bunu diş həkimi və protez mütəxəssisi Çağdaş Kışlaoğlu Türkiyə mətbuatına müsahibəsində söyləyib. O, suyun diş sağlamlığını qorumaqda da əhəmiyyətli rol oynadığına diqqət çəkir. Tabloid.az maraqlı müsahibəni təqdim edir:

- Ağız qoxusunun səbəbi nədən irəli gəlir?

- Tüpürcək vəzilərinin əsas vəzifəsi tüpürcək ifraz etmək və bu maddənin ağız içinə ötürməkdir. Gün ərzində qida qəbulunun azalması, aclıq, susuzluq ağızda tüpürcək miqdarını azaldır. Gecələr də tüpürcək ifrazatı yuxuda tamamilə sıfırlanır. Ağızda selik hasilatı azalan zaman ağız özünü təmizləmək üçün ehtiyac duyduğu mayeni tapa bilmir. Bu səbəbdən xüsusilə səhərlər oyananda ağızdan pis qoxular yayılır.

- Hansı xəstəliklər selik istehsalını azaldır?

- Şəxsi səbəblər xaricində antihistaminikler, təzyiq dərmanları, psixiatrik dərmanlar, şəkər xəstəliyi, anemiya və qızdırma da selik istehsalını azaldan səbəblərə daxildir. Bunun xaricində ağız içində yaranmış infeksiya, inkişaf etmiş diş əti xəstəliyi ağızda pis qoxuya səbəb ola bilər.

- Suyun ağız qoxusu üzərindəki güclü təsiri nədən ibarətdir?

- Müxtəlif səbəblərdən azalan tüpürcək miqdarını lazım olan səviyyəyə gətirmək üçün su içmək çox zəruridir. Gündə 2 litr su içmək diş sağlamlığını qorumağa və tüpürcəyin az olmasından dolayı yaranan ağız qoxusunun qarşısını almağa yardım edir. İntensiv olaraq çay, qəhvə, spirtli içki içmək və şəkərli qidalar yemək ağızda bakteriyaların artmasına səbəb olur və bunun nəticəsi olaraq da ağızda qoxu yaranır. Ona görə də sadaladığım yemək və içkilərin az miqdarda istehlak edilməsi lazımdır, həmçinin siqaretdən imtina etmək də bu məsələdə böyük əhəmiyyət daşıyır.

- Ağız qoxusunu hansı dərmanlar aradan qaldırır?

- Diş təmizləmə əməliyyatı ilə yanaşı, dili fırçalamaq və diş ipi ilə diş aralarında toplanan yemək artıqlarını təmizləmək də ağız qoxusunu əngəlləyir. Apteklərdə satılan nanə ətirli ağız qarqaraları, yeməklərlə birlikdə nanə və cəfəri yemək, alma yemək, şəkərsiz saqqız çeynəmək də ağız qoxusunu qarşısını almağa yardımçı olur.

Diş xəstəliklərinə və diş baxımına etinasızlıq etmək ağız qoxusunun yaranmasına səbəb olur. Diş çürümələri, bəzi diş əti xəstəlikləri, ağız içində olan köhnə protezlər də ağız qoxusuna səbəb olur. Bu narahatlığın mütəxəssis həkim tərəfindən müayinə və müalicə edilməsi lazımdır. Dil çox çökük quruluşu ilə bakteriyaların rahat yerləşib çətin təmizləndiyi toxumadır. Odur ki, dişlərlə yanaşı dilin səthinin və xüsusilə arxa hissəsinin fırçalamağa unutmayın. Bu, qoxunun qarşısını almaq baxımından əhəmiyyətlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm