• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Məşhurlar Aşura günü nə işlə məşğul olub? - Araşdırma

Məşhurlar Aşura günü nə işlə məşğul olub? - Araşdırma

Bu gün Aşuradır. Yəni, matəm günü. İmam Hüseyn, onun ailə üzvlərinin və tərəfdarlarının qətl olunduğu gündür. Hicri təqvimi ilə 61-ci ildə İmam Hüseyn və silahdaşlarının Kərbəlada şəhid edildiyi gündür. Müsəlman ölkələri bu günü qara gün kimi qeyd edir. Bəs görəsən daim toyda-bayramda, şənlik içində olan şou əhli bu ğunu neyləyir?

Bunu bilmək üçün elə də uzağa getmək lazım deyil. Yeməklərini, içməklərini, gəzməklərini, istirahətlərini, toy aparmaqlarını, xəstələnməklərini, davalarını, bir-birinin ünvanına təhqirlərini sosial şəbəkələrdə paylaşan məşhurlarımız bu gün nə etdiklərini də özləri bəyan edirlər. Müğənnilərdən hansısa biri məscidə getsə, əmin olun ki, bunu sosial şəbəkədə paylaşacaq. Yeri gəlmişkən, müğənnilərin əksəriyyəti məhərrəmlik ayında işsiz qaldıqlarını etiraf edirlər.

Tabloid.az “İnstagram”da aktiv olan müğənnilərin bloqlarına nəzər salıb.

İlk olaraq müğənni Əbdül Xalidin paylaşdığı şəkildəki sözlər diqqətimizi cəlb etdi.

Gənc və gözəl müğənnimiz Aysel Əlizadə də Kərbəla müsibətini özündə əks etdirən foto paylaşıb. Və şəklə bu sözləri əlavə edib:

“Bu gün Aşuradır! Məhərrəm ayının 10-cu günü İmam Hüseynin şəhid olduğu gün”

Əməkdar artist Elza Seyidcahan da bu günü sosial şəbəkədə şəkil paylaşmaqla kifayətlənib. Müğənni şəklə “Ya Hüseyn... Ya Hüseyn... Ya Hüseyn...” sözlərini əlavə edib.

Hazırda Hindistana rəqs yarışması uçun yollanan rəqqasə Fatimə isə qürbətdə olsa da, sosial şəbəkədə bu günü qeyd etməyi unutmayıb.

Müğənni Nadir Qafarzadə səhrada çəkdirdiyi fotosunu paylaşıb. Müğənni şəkli “Qafari Nadir ibn Əziz” adlandırıb.

Müğənni Xatirə İslam isə hamıdan fərqli olaraq bu gün özü evdə halva çalib və hazırladığı halvanı kasıblara paylayıb. Müğənni bütün etdiklərini video şəklində sosial şəbəkəyə yükləyib. 2 qab halvanı payladıqdan sonra müğənni “Bunu ona görə paylaşdım ki, ibrət olsun. Görənlər hamısı etsin. Çünki, mən də kimdənsə öyrənmişəm. Mənə bəzi düşüklər ağıl verməsin. Mən bilirəm nəyi reklam etmək olar, nəyi yox. Göstərdim ki, burada boş-boş şərh yazmaq əvəzinə Siz də edəsiniz, ay bəzi sözbazlar. Allah məni sevənləri qorusun, sevməyənləri özü bilər nə edir. İnşallah, amin.”

Müğənni Xatun isə sadəcə qara 4 künc şəkil paylaşmaqla kifayətlənib.

Hazırda Türkiyədə olan prodüser və klipmeyker Zorik isə Aşura günü haqqında məlumat dərc edib.

Əvvəlcə rəqqasə, sonra müğənni olan Sevda Sanalıyeva isə bu günün kuliminasiyasını edib. O, əlləri açıq və xınalı şəkil paylaşıb. Şəkli isə belə şərh edib:

“Belə havada insan həssaslaşır. Sizinlə çox xoşbəxt olduğum yoldaşımla olan toy, nikah şəkillərimizi paylaşacağam. İndi sənə təşəkkür edirəm məni bu qədər xoşbəxt etdiyin üçün. Mən də səni xoşbəxt etmək üçün əlimdən gələni edəcəyəm”.

Bu sözlərdən sonra sosial şəbəkə istifadəçilərinin qınağına tuş gələn Sevda dərhal şəkli sildi.

Müğənni Emil Bədəlov da sosial şəbəkədə şəkil paylaşmaqla kifayətlənib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR