• USD 1,7369 0,00% EUR 1,8716 0,00%
    • GBP 2,1974 0,00% RUB 0,0274 0,00%

Kişilər problemlərini sekslə həll etməyə çalışırlar

Kişilər problemlərini sekslə həll etməyə çalışırlar

Qadın kişi əlaqələrindən bəhs edən belə bir kitab var: “Qadınlar Veneradan, kişilər Marsdan”. Həqiqətən də sevgi məsələlərində qadınlarla kişilərin fikirləri, davranışları o qədər fərqlidir ki, onların fərqli planetlərdən gəldiklərini iddia etmək olar.

Bəs görəsən seks mövzusunda kişilərlə qadınların fikirləri üst-üstə düşürmü?

Araşdırmaçılar bu suala “yox” cavabını verirlər.

Tədqiqatçılar kişilərlə qadınların seksə fərqli baxış bucağından yanaşdıqlarını deyirlər. Belə ki, kişi ilə qadının partnyordan və seksdən gözlədikləri tamamilə fərqlidir.

Sevilmək və diqqət mərkəzində olmaq qadınları cinsi baxımdan təhrik edir. Qadının seksə hazır olması üçün özünü xoşbəxt hiss etməsi vacibdir. Kiçik bir sürprizin qarşılığında kişi partnyoruna hər istədiyini etdirə bilər.

Kişilər isə bu məsələdə qadınlar qədər detallara fikir vermirlər. Onlar özlərini seksə hazır hiss etmək üçün xüsusi şəraitə ehtiyac duymurlar. Səhərlər kişilərin ereksiya olması da məhz hormonlarla əlaqəlidir, yəni hisslərlə heç bir əlaqəsi yoxdur.

Qadınlar masturbasiya ilə məşğul olarkən partnyorlarını, sevdikləri adamla sevişdiklərini xəyal edirlər. Sevgi münasibətində bütün ipləri əlinə almaq istəyən qadınlar, yataqda isə partnyorları tərəfindən idarə olunmağı xoşlayırlar.

Kişilər isə masturbasiya zamanı tam fəqli fantaziyalar qururlar. Onlar eyni vaxtda iki və daha çox qadınla sevişdiklərini xəyal edirlər.

Qadınlar partnyorları ilə mübahisə etdikdən sonra seks haqqında fikirləşmək belə istəmirlər. Çünki qadın mübahisədən sonra münasibətinin necə nəticələnəcəyini bilmək istəyir və ayrılmayacağına əmin olana kimi sekslə məşğul olmaqdan imtina edir. Seksə yenidən həvəs etmək üçün sevgilisinin bağışlanmaq üçün dəridən qabıqdan çıxmasını gözləyir.

Kişilər isə əksinə davadan sonra daha çox seksə həvəsli olurlar. Buna səbəb kişinin problemi sekslə həll etməyə çalışmasıdır. Kişilər mübahisədən sonra cinsi əlaqəyə girsələr, qadının bütün problemləri unutacağını düşünürlər.

Psixoloq Karol Lieberman qadınların sekslə məşğul olmaqla sevildiklərindən əmin olmağa ehtiyac duyduqlarını deyir. Onun sözlərinə görə, kişilər isə cinsi əlaqə üçün sevgi hisslərinə əhəmiyyət vermirlər.

Qadınlar sevdikləri kişi ilə sevişməyə razı olurlar. Kişilər isə sevişdikdən sonra sevməyə başlayırlar. Təbii ki, hər sevişdikləri qadını sevmirlər, ancaq xoşları gələn qadınla sevişdikdən sonra onlarda sevgi hissinin yaranması ehtimalı çoxalır.

Qadınlar yemək yeməyi seksdən daha çox düşünürlər. Araşdrmalar göstərir ki, qadınlar gündə 15 dəfə yeməyi, 10 dəfə isə seksi düşünürlər.

Qadınlar hisslərlə, duyğularla hərəkət edirlər. Məsələn, bir qadın çılpaq bir kişi şəklindən təsirlənməz, amma sevgilisinin əlini tutan bir kişi fotoşəkli isə onları çılğına çevirə bilər.

İndiana universitetində aparılan araşdırmalar göstərir ki, orta hesabla kişilərin gündə 19 dəfə seksi düşündüklərini ortaya çıxarıb.

Qadınları təhrik etmək asan deyil. Kişiləri isə gözəl bir qoxu, hündürdaban ayaqqabı, manikürlü əl, uzun saç və daha bir çox kiçik detallarla başdan çıxarmaq mümkündür.

Tabloid.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR