Ceylo: “Gözümün altı göy vəziyyətdə və şişmiş dodaqlarla...”
Bizi izləyin

Tabloid.az

Ceylo: “Gözümün altı göy vəziyyətdə və şişmiş dodaqlarla...”

Cennifer Lopezdən etiraf: “Keçmiş sevgililərim mənə pis davranıblar”

Dünya ulduzu Cennifer Lopez “True Love” (“Əsl sevgi”) adlı kitabını nəşr etdirib. Gözəl müğənni öz xatirələrindən bəhs etdiyi kitabında keçmiş sevgililərindən də yazıb. Zorakılığa məruz qaldığını etiraf edən Ceylo adını açıqlamadığı keçmiş sevgilisi ilə birlikdə yaşadığı dövrdə yaşadığı çətinliklərdən bəhs edib.

“Əslində, keçmiş sevgililərimin demək olar ki, hamısı mənə pis davranıblar. Heç vaxt gözümün altı göy vəziyyətdə, şişmiş dodaqlarla gəzməmişəm. Amma mənəvi, emosional və sözlü şiddətə məruz qalmışam".

45 yaşlı müğənni son günlər cazibədarlığı və cəsarətli səhnə şouları ilə gündəmdədir. Son olaraq gənc rəqqas Kasper Smartdan ayrılan Ceylonun həyatında hələlik heç kim yoxdur. Gözəl ulduz vaxtının çoxunu əkiz uşaqları ilə keçirir.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm