Aytac Bərdəli: “Afaq Aslana həyatı başa salacağam”
Bizi izləyin

Tabloid.az

Aytac Bərdəli: “Afaq Aslana həyatı başa salacağam”

Yerli şou-biznesdə növbəti qalmaqalın bünövrəsi qoyulub.

Aytac Bərdəli Tabloid.az-a müsahibəsində Afaq Aslanla aralarında yaşanan qalmaqaldan danışıb.

- Bir neçə gün öncə “Hər bir havada” verilişində üz-üzə gəldiyiniz Afaq Aslanla aranızda qalmaqal yaşandı. Buna səbəb nə oldu?

- Aramızdakı qalmaqal əslində şəxsi məsələdir. Ümumiyyətlə, bunu ictimailəşdirmək, ortalığa çıxarmaq istəmirdim. Neçə dəfə Afaqa dedim ki, sənin mənimlə nə problemin varsa, gəl, üz-üzə danışaq. Bu da səni qane etmirsə, başqa cür söhbət edək. Lap qane eləmirsə, məhkəmə yolu ilə bu məsələni yoluna qoyaq. Hər halda, bu şəxsi söhbətdir, heç kimə bir aidiyyəti olmayan bir məsələdir. Bunu açıb-ağartmağı heç istəmirdim. Afaq şərait yaratdı ki, aramızda olan söhbət mətbuata və mediaya ayaq açsın. Çünki mənim üçün heç kim- Afaq xanım və yaxud, başqası maraqlı deyil. Çünki mənim sənətim var, öz yaradıcılığımla məşğul oluram. Kimin sənəti varsa, onunla yaradıcılıq davasına çıxaram. Amma sənəti olmayan insanlar mənə maraqlı deyil.

- Aranızda insidentin yaşanması artıq hamıya bəllidir. Qalmaqala səbəb nə olub?

- Xanımın uydurmaları və anlaşılmazlıqlar.

- Bir müddət öncə Afaq Aslan Günel Məhərrəmli ilə də qalmaqal yaşadı (Sözümü kəsir):

- Demək, Günel Məhərrəmli və mənimlə dava edirsə, buradan belə qənaətə gəlmək olar ki, o, çox müğənnilərə sataşa bilər. Bir insan bir neçə adamla yola getmirsə, səhv, yanlışlıq onun özündədir ki, hamı ona qarşı çıxır.

- Afaq iddia etmişdi ki, onun sevgilisi Günel Məhərrəmli ilə yaxın münasibətdə olub. Ola bilər ki, sizi də bunda ittiham etsin?

- Xeyr, mən heç kimin sevgilisinə qalmamışam, mənə heç lazım da deyil. Həyatımda elə bir insan var ki. Belə söhbətləri qəti sürətdə dilinə gətirməsin. Mətbuat, tamaşaçılar bilməsələr də, Afaq mənim xasiyyətimi çox gözəl bilir. Bilən bilir ki, mən necə başı xarab, əsəbi insanam. Qalmaqaldan, davadan hər zaman qaçmışam, çünki mənim sərhədlərim var. Quyruğumu kimsə tapdalasa, bu bəs edir, mənim başım xarab olsun... Ona görə də qalmaqalla aram yoxdur. İstəyərəm ki, ancaq sənətimlə, öz işimlə məşğul olum. Qalmaqallı insanlar mənə maraqlı deyil. Sənəti olmayan bir insanın nəinki mənimlə qalmaqal etməyə, hətta adımı çəkməyə haqqı yoxdur.

- Kənardan baxanda belə fikir formalaşır ki, sanki bu şounu reklam xatirinə özünüz yaratmışınız...

- Sizcə, mən şou yaradan xanıma bənzəyirəm? Mənim adım-sanım, nəslim-köküm var. Göbələk kimi yerdən çıxmamışam. Üstəlik, səsim də var. O cür nəslin nümayəndəsiyəm. Bəs Afaq kimdir? Şou yaratmaq istəsəm, sanballı sənətçi ilə, xalq, əməkdar artistlərə “ilişərdim”. Amma belə şeylər mənim adıma, sənətimə yaraşmaz. Üstəlik, tərbiyəmə yaraşmaz. Vallah, mən o xanımı tanımıram, bilmirəm ki, nəçidir. İfasını belə eşitməmişəm. O xanım haqqında ümumiyyətlə, danışmaq istəmirəm. Danışsam da, onunla şəxsən üzbəüz danışacağam. Bunu da heç kim bilməyəcək. Nə söhbətim olsa bunu onunla elə həll edəcəyəm ki, bundan heç kimin xəbəri olmayacaq.

- Afaq bizə müsahibəsində dedi ki, verilişdə üz-üzə gəlmisiniz. Çəkiliş zamanı xoşagəlməz anlar yaşanıb. Hətta siz verilişi tərk edib, kənarda ağlamışınız da.

- Xeyr, mən ağlamamışam. Gör bu necə insandır ki, mənə şər atır.

- Afaq bizimlə söhbətində dedi ki, hətta sizin evə gəlib, orada mübahisəniz olub...

- Qətiyyən elə bir şey olmayıb. Mən anamla yaşayıram. O, evimizə gəlsəydi, anam davamızdan xəbərdar olar. Anam heç Afaqı tanımır da. Ümumiyyətlə, ailəmiz Afaqı tanımır. Bilsələr ki, müğənni demirəm-bir xanımla mənim mübahisəm olub, onlar bu söhbətə çox üzülər. Yəni mən ad-sanımı qoruyan bir insanam. Şoulardan, qalmaqallardan qaçıram. Afaq kimdir ki, mən onunla nəsə söhbət edim? Tamaşaçılar deməz ki, Aytac kim, Afaq kim? Xalqın gözü tərəzidir. Hamı hər şeyi çox gözəl bilir. Hamı bilir ki, mənim sənətim nədir, Afaqın sənəti nədir... Siz jurnalistsiniz, yaxşı görürsünüz ki, Afaqın necə səsi var, mənim də necə sənətim var. Çox gülünc bir vəziyyətdir axı (Gülür)... Bu xanımın sənəti, səsi yoxdur. Beləcə özü üçün şoular, qalmaqallar yaradır.

- Necə düşünürsünüz, nəyə görə, Afaq Aslan bu dəfə hədəf olaraq sizi seçib?

- Vallah, bilmirəm. Ümumiyyətlə, tək o, deyil, çoxları məni özündən artıq bilir. Sussalar da, hiss edirəm ki, çoxlarının gözünü çıxarıram. Amma niyəsini bilmirəm. Xoşları gəlmir məndən. Bəlkə də sənətimi sübut edə bilirəm. Hələ mən efirlərə çıxan müğənni də deyiləm. Hətta bu yaxınlarda neçə verilişdən imtina etdim. Mənə maraqlı deyil ki, hansısa verilişə çıxıb, reklam olunum. Çünki mənim qazancım həddindən artıq reklamı olan müğənnilərdən daha çoxdur. Çünki mən sevilirəm. Deməli, mənim sənətim var ki, toylara çağırırlar, tələbat var.

- Dediniz ki, sənətdə sizi gözü götürməyənlər çoxdur. Ola bilər ki, həmin insanlar sizi özlərindən qat-qat yüksəkdə görürlər?

- Niyə də olmasın?! Bu faktdır. Çoxları məni həzm edə bilmir. Amma mən Afaq deyiləm ki, durub, ad çəkim. Elə adamlar var, onları da mən yaxşı tanıyıram. Hətta problemlər də yaşamışam. Amma bunu efirə çıxaracaq qədər böyütməmişəm. Yenə də deyirəm ki, axı nəyə görə bu kimi işlərlə insanların ürəyini bulandırım? Camaata bu kimi hadisələr maraqlı deyil.

- Amma bir müddət əvvəl bir əməkdar artistimiz sizə qarşı “təxribat törətmişdi”. Sosial şəbəkələrdə sizə rəhmətlik sənətçimiz, atanız Vidadi Bərdəli ilə bağlı bəzi iradlar tutulmuşdu. O, əməkdar artist kim idi? Sakitləşib, daha sizinlə işi yoxdur ki?

- Vallah, bilmirəm. Sakit insanlardan qorxuram. Sakitləşmək adı ilə başqa şeylər də edə bilərlər. Heç bir insana inamım yoxdur.

- Məsələn, nə edə bilərlər?

- Məclislərə gedirəm. Hamısı yaşlı nəsil olur. Məni görürlər, gözləri götürmür məni. Çünki mənim səsim var, tamaşaçını ələ ala bilirəm. Demək ki, mənə tələbat var. Gedin, işinizlə məşğul olun. Axı məndən nə istəyirsiniz? Mən həmin əməkdar artistə də dedim. Mən bilirəm ki, o, yenə də çox şeylər edir. Amma mən hər zaman qalmaqallardan qaçıram. Verilişdə Afaqla üz-üzə gəldim. Dedim ki, axı mən o səviyyənin sahibi deyiləm ki, Afaqla söhbət edim, insanların da ürəyi bulansın. Afaqla nə söhbətim varsa etmişəm. Necə lazımdırsa, onun cavabını da vermişəm. Yeri gələrsə, ona həyatı necə lazımdırsa, başa salaram. Afaq da bunu çox gözəl bilir. Afaq özünü reklam edir, ya da ürək bulandırır. Yaxud da məni qızışdırmaq, özümdən çıxarmaq istəyir. Amma bunu bacarmayacaq. Bu qızın onsuz da sənəti yoxdur ki, mən onunla qalmaqal edim. O, mənlik adam deyil. Afaqın üzünə baxan kimi bilinir ki, onun sənəti yoxdur (Gülür)...

- Sizi rəhmətlik atanızın yasını saxlamamaqda, açıq geyinməkdə və bədəninizə döymə etməkdə qınayırlar... Siz də demişdiniz ki, yerli şou-biznesdə soyunmaqla, estetik əməliyyatla gündəmə gələn bəzi müğənnilərlə məni səhv salmasınlar! Siz də kifayət qədər müasir geyinən xanımsınız...

- Mən müasir, azacıq açıq-saçıq geyimləri həyatda geyinirəm. Amma səhnədə müasir, istədiyim formada geyinmirəm. Mən şəxsi həyatımda istədiyim paltarı geyinirəm. Amma bunu televiziyada etmirəm, fotosessiyalarda həmin geyimlərimi nümayiş etdirmirəm. İndiyədək nə geyimimdə, nə də ki davranışımda cızığımdan çıxmamışam. Adi saçımı düzəldirəm, ya da imicimi dəyişirəm. Şəkil çəkdirib, “İnstagram”a qoyuram, halbuki orada açıq-saçıq heç nə yoxdur. Amma yazırlar ki, utanmırsan, atan rəhmətə gedib, özünü bu günə salırsan. Sualım həmin insanlaradır: Özümü nə günə salıram? Soyunmuşam, neyləmişəm?

- İndi vəziyyət necədir? Sosial şəbəkədə yenə haqqınızda xoşagəlməz şərhlər yazırlar? Yoxsa buna son qoyulub?

- Yazan yazır. Biri yazmasa da, beşi yazacaq. Artıq bu məni mararaqlandırmır. Hərənin bir fikri var. Çalışıram hamının fikrinə hörmətlə yanaşım.

- Tənqidə dözümlüsünüz?

- Tənqidi heç sevmirəm. Məni tənqid edəndə ruhdan düşürəm. Bəlkə də bir az xasiyyətimdə azacıq eqoistlik var. Öyrəşməmişəm, bəlkə də düşünürəm ki, məndə hər şey yaxşısıdr. O baxımdan çox vaxt tənqidi qəbul edə bilmirəm. Bəlkə də bu, mənim xarakterimin mənfi tərəfidir.

- Bir müddət əvvəl 150 min manatlıq “Gallenvagen” markalı avtomobil aldınız. Hətta maşının “90 VA 111” dövlət seriyalı nişanı da göz oxşayırdı. Cansağlığı ilə sürəsiniz.

- Çox sağ olun.

- Mətbuatda haqqınızda çox danışıldı. Dedilər ki, Aytac Bərdəli özünə qarşı qətiyyən xəsislik etmir. Bir müddət öncə özünüzə ceyran da almışdınız. Hətta timsah almağa hazırlaşdığınızı demişdiniz. Bütün bunları tək toylardan qazanmaqla etmək mümkündür?

- Mənim əvvəldən bünövrəm var, Avtomobilimin nömrəsi əvvəlki maşınımda da olub. Atam rəhmətə gedəndə bizə xeyli miras qoyub getdi. İkinci bir tərəfdən isə bacarana can qurban. Mən bu gün yaxşı qazanıram. Hətta məhərrəmlik olmasına baxmayaraq, məni toylara çağırırlar. Bakıda tapılmayan insanam. Bu yaxınlarda Moskvaya gedəcəyəm, İsrailə də yolum düşəcək. Yəni mən özümə arxayınam, özümə güvənirəm. Başqaları kimi sponsor pulu ilə yaşamıram, bu kimi işlərlə də aram yoxdur. Ola da bilməz.

- Hansı heyvanlarınız var?

- Balaca bir pandam və ceyranım var. Onları bağda saxlayıram. Hərdən bağa gedəndə, onlara baxıram. Cəmi iki heyvan saxlayıram.

-Amma deyirlər ki, Aytac Bərdəlinin zooparkı var...

- İnşallah, o qədər pulum olsun ki, özümə zoopark açım. Qara rəngdə at istəyirəm. İngilis atı olsun. Bir dostum var, söz verib ki, mənə hədiyyə edəcək. Hamı ərəb atı alır, Qarabağ atının olmasını istəyir. Mən isə qara rəngdə çox gözəl bir ingilis atı almaq istəyirəm. Özüm də at ilində doğulmuşam.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm