Acun İlıcalı Aygün Kazımovanın qarşısında diz çökdü? -Fotolar, Video
Bizi izləyin

Tabloid.az

Acun İlıcalı Aygün Kazımovanın qarşısında diz çökdü? -Fotolar, Video

Hadisə 12 il bundan öncə, Aygün Kazımovanın “Best model of the world” yarışmasında səhnə almaq üçün Türkiyəyə getdiyi vaxt yaşanıb.

Türkiyənin ən varlı və ən tanınmış şəxslərindən biri, qardaş ölkənin ən məşhur televiziya layihələrinin - “Varmısın yokmusun”, “Yetenek Sizsiniz”, “O ses Türkiye”, “Survivor ünlüler – gönüllüler”, “Utopiya”nın rəhbəri, TV8-in sahibi Acun İlıcalı Azərbaycanın xalq artisti, yerli diva Aygün Kazımovanın qarşısında da diz çöküb.

Hadisə 12 il bundan öncə, Aygün Kazımovanın “Best model of the world” yarışmasında səhnə almaq üçün Türkiyəyə getdiyi vaxt yaşanıb. O vaxt müxbir kimi çalışan Acun Aygün xanımdan müsahibə alarkən onun qarşısında diz çökür.

Tabloid.az xəbər verir ki, bu kadrları Aygün Kazımova 2002-ci ildə “Siqara” klipində yerləşdirib. Həmin şəkilləri və klipi oxucularımıza təqdim edirik. Klipin 01:48-01:53-cü saniyələri arasında həmin anları izləmək mümkündür.

Xəbəri təsdiqləmək üçün hazırda Moskvada olan xalq artisti ilə əlaqə saxladıq. Aygün xanım xəbəri təkzib etdi və bildirdi ki, klipdə yer alan həmin gənc oğlan Acun Ilıcalı deyil:

“O, Türkiyənin ən məşhur jurnalist və televiziya aparıcısı Savaş Ayın oğludur. Mən kliplərimdə çəkilən hər kəsi çox gözəl tanıyıram”, - deyə bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm