• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Antik yunan və Roma stilində saç yığımları - Fotolar

Antik yunan və Roma stilində saç yığımları  - Fotolar

Yunan stili üçün ən yaxşı variant qıvırcıq saçlardır. Əgər təbiət sizi buruq saçlarla mükafatlandırıbsa, yunan obrazını başa çatdırmaq üçün qıvırcıq telləri müxtəlif materialdan hazırlanmış sancaqlar, yaxud millərlə bərkitmək qalır. Çələnglər və saç lentləri də yunan obrazını tamamlamağa kömək edən aksessuarlardır.

Hörülmüş saçlar, sünbül yığımını unutmaq böyük ayıb olardı. Bu saç modelləri yunan üslubunu müəyyənləşdirən modellərdir. Toyda isə saçları güllərlə bəzəmək olar.

Makiyaj obrazın harmoniyasını və təbii gözəlliyini qoruyub saxlamalıdır. Maksimum dərəcədə təbii olmalı, aksent güclə seziləcək dərəcədə gözlərə verilməlidir. Dumanlı göz makiyajı bu obraz üçün ideal hesab olunur. Almacıq sümüklərini tunc ənliklə vurğulamaq, dodaqlarda zərif-çəhrayı pomadandan istifadə etmək olar.

Tabloid.az filmlərdə gördüyümüz yunan və Roma saç stillərinə aid məşhurların ən mükəmməl obrazlarını toplayıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR