• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

51 yaşlı cazibədar Hülya Avşarın gözəllik sirləri - Fotolar

51 yaşlı cazibədar Hülya Avşarın gözəllik sirləri - Fotolar

Hülya Avşar bu yay inanılmaz dərəcədə arıqladı və birdən-birə incəldi. Bir çox insan yay tətilindən aldığı artıq çəkilərlə qayıdarkən Avşar tətildən inanılmaz dərədəcə arıq qayıtmışdı. Yayda 12 kq arıqlayan Hülya Avşar hətta 16 yaşında özünü bu qədər cazibədar və gözəl hiss etmədiyini söyləyir.

Tabloid.az 51 yaşlı Hülya Avşarın gözəllik sirlərini təqdim edir:

“Normalda arsızcasına yemək yeyən və acgöz insan deyiləm. Amma diyetoloqumun dediyi hər şeyə əməl etdim və bir ayda 12 kq arıqladım. Ondan ayrılandan sonra da özümü əla hiss edirəm. Hətta 16 yaşımda Türkiyə gözəli seçiləndə belə özümü bu qədər gözəl və yaxşı hiss etməmişdim.

Hazırda çəkim 55 kq , boyum isə 163 sm-dır. Özümü heç bu qədər bəyənməmişdim. İnsanlar yaş artdıqca və kökəldikcə daha yaşlı görünürlər. İdmanla məşğul olduğum üçün arıqladıqdan sonra dərimdə heç bir sallanma müşahidə etmədim. Əgər mütəmadi olaraq idman etsəniz, dəridə heç bir dəyişiklik baş verməz. Qollarım heç vaxt bu qədər gözəl olmayıb. Neçə illər üzgüçülüklə məşğul olmağıma baxmayaraq, indiki kimi ideal bədənə qovuşmamışdım”.

Avşar bildirir ki, həyatda ən vacib şey gözəl olmaqdan çox, insanın özünü gözəl hesab etməsidir. Qadınlar özlərini gözəlləşdirmək və özlərini xoşbəxt etmək üçün motivasiya edə biləcək bir nəsə axtarmamalıdırlar. Çünki motivasiyasız belə, artıq çəkidən xilas olanda öz uğurlarına görə xoşbəxt ola bilərlər. “Əvvəlcə özüm, hər şeydən əvvəl özüm gəlməliyəm, öz qayğıma qalmalıyam!” desinlər. Vizual gözəllikdən çox, insanın həqiqətən özünü bəyənməsi çox əhəmiyyətlidir. İnsanın özünü sevməsi mənə ən çox təsir edən məqamlardan biridir. Gözəlliyi ön planda olmasa da, 5 dəqiqə ərzində qarşısındakı insana davranışı, baxışı ilə, danışığı ilə təsir edən qadınlar var”.

Hülya Avşarın gözəllik maskası

Gözəlliyini heç zaman itirməyən, illərin təsir etmədiyi gözəl sənətçi Hülya Avşar dərisinə özəl qulluq göstərir. Bu maska resepti hamar və gözəl dəriyə sahib olmaq istəyən xanımların da ürəyincə olacaq.

Maska üçün istifadə edəcəyiniz ərzaqlar: 1 ədəd turş olmayan orta boy qırmızı alma və 4 ədəd sərt ərik.

Hazırlanması:

Bir ədəd orta boy qırmızı almanın qabığı nazik soyulur. Maska üçün qırmızı almanın incə soyulmuş qabıqları istifadə edilir. 4 ədəd sərt ərik (yumşaq olmayan) hər biri təxminən 1,5 sm qalınlığında soyulur (qabıqları ilə birlikdə). Ərik tumunun ətrafında yerləşən yumşaq hissə istifadə edilməməlidir. İncə olaraq soyulmuş qırmızı alma qabıqlı, qalın, ətli (1.5 sm) soyulmuş 4 ədəd qaysı kiçik qabda və çox az su əlavə edərək yüngül odda 5 dəqiqə püre halına gətirilir. Püre halına gətirilərkən çəngəlin köməyi ilə bərk əzilir. Pürenin çox duru olmamasına diqqət edin. 5 dəqiqəlik püre hazırlama müddətində az-az su əlavə edərək konsistensiyanı qoruyun, çəngəl və qaşığın köməyi ilə yaxşıca əzin. 5 dəqiqə soyumasını gözləyin. İlıq hala gələndən sonra iki barmağın köməyi ilə götürüb burun və üzünüzə çox yüngül və sərt basmadan yedirdərək sürtün. Üzdə ən az 30, ən çox 45 dəqiqə saxlamaq lazımdır. Daha sonra təkcə su ilə yuyun və dəsmalla silin. Bu proses həftədə 1 dəfə həyata keçirilir. Hülya Avşar bu maskanın parlaq və canlı bir dəriyə sahib olmağa çox kömək edəcəyini söyləyir.

Hülya Avşar artıq çəkidən idmanla yanaşı albalı sapları sayəsində xilas olur. Albalı saplarını 30 dəqiqə qaynatdıqdan sonra suyunu içir. Bu su yağları əritməyə kömək edir.

Hülya Avşarın diyetoloqunun məsləhətləri

Hülya Avşarın bədən quruluşu klassik türk qadınının bədən quruluşundan fərqləndiyi üçün ona arıqlamaq çətin olmayıb. Mütəmadi olaraq idmanla məşğul olduğu üçün gənc qızlara meydan oxuyan fiquraya sahibdir. Buna görə də diyetoloqu ona zülalın daha çox yer verildiyi pəhrizi məsləhət görüb. Hülya Avşar ancaq meyvə tərəvəz yeyərək arıqlaya bilməzdi, hətta kökələrdi. Həmçinin pəhriz saxlayan adam zülal qəbul etməyəndə əzələlər əriyir. Üz əzələləri əriyən zaman üz çökür. Üz əzələləri əriyən zaman isə göz ətrafı qaralır. O, həftədə 3 dəfə karbohidratla qidalanıb. Əgər bunu da rasiondan çıxarsaydılar, o zaman əzələlərində yumşaqlıq baş verərdi. Bu baxımdan meyvə-tərəvəz, zülal və karbohidratı tənzimləmək lazımdır.

Yuxu nizamı pozulan insanlar arıqlamaqda daha çox əziyyət çəkirlər. Hülya Avşar hər gün 8 saat yatdığı uçun nəticəni daha tez əldə edə bilib. Arıqlamaq üçün Hülya Avşar həmçinin hər gün bol içib, yuxu rejimini normaya salıb, duzu azaldıb, zülallı qidalar - balıq və toyuq yeməyi öyrənib. Hülya Avşar içki içən insan olmadığı üçün dərisi öz gözəlliyini qoruyub saxlayıb.

Hülya Avşarın diyetoloqu bildirib ki, pəhriz zamanı insanlara ciddi sərhədlər qoyulmamalıdır. Şirniyyat istəyirsə, bu, ona qadağan olunmamalıdır. Çünki insanın psixologiyası da çox önəmlidir. İnsanlar əməl etdikləri pəhrizi sevməsələr, o gərginliyə çox tab gətirmədikləri üçün bədən kortizol hormonunu ifraz edir. Kortizol hormonu isə aclığı artırıb metabolizmi yavaşladır. Dolayısı ilə arıqlamaq üçün pəhriz saxlasa da, əks nəticə ilə qarşılaşa bilər. Pəhriz saxlayan insanların psixoloji vəziyyətinə nəzarət etmək də çox önəmlidir. Hülya Avşar pəhriz boyu ancaq sevdiyi şirniyyatları yeyib. Buna qadağa qoyulmayıb.

Nələr qadağa qoyulub?

Diyetoloq Şeyda Çoşqun:

“Pəhriz saxlayan adama alış-veriş qadağan edirəm. Qoyulan hədəflərim olduğu üçün yeni geyimlər almasını istəmirəm. Hər kəsin çəkisi bədənə görə dəyişir. Hülya Avşarın pəhrizi bitəndən və istədiyimiz nəticəni əldə edəndən sonra qarderobunu yenilədi.

Bir də evdə özünü çəkməyi qadağan etmişdim. Hülya Avşar bu qadağaya əməl etdi. Ancaq mənim yanımda nə qədər arıqladığını hesablayırdıq”.

Metabolizmini ananas, qızıl balıqla sürətləndirib

Ananas: Səhərlər adətən ananas yeyib. Ananasın metabolizmi sürətləndirən xüsusiyyəti var.

Səhər yeməyi olaraq yarım ananası əzib içinə bir qədər pendir qoyun. İki dilim çörəyin üstünə qoyub, daha sonra ən üstə 1 çay qaşığı bal çəkib yeyin. Bu həm çox gözəl, həm də çox sağlam səhər yeməyidir.

Qızıl balıq: Hülya Avşar qızıl balıq yeyib. Qızıl balıq gənclik mənbəyi olan Omeqa 3-lə zəngindir, həm də metabolizm sürətləndirici xüsusiyyəti var.

Qaysı: Bağırsaqları işlədir.

Kivi: Metabolizmi sürətləndirir.

Qovun: Toxluq hissi yaradan və metabolizmi sürətləndirici təsiri var. Qarpız tövsiyə edilmir. Albalı isə hər zaman təkliflər arasındadır.

Balqabaq: Metabolizmi sürətləndirir. Pəhriz siyahısına iki həftədən bir yer verilir, müğənni üç gün ard-arda yeyib.

Su: Gündə mütləq 2.5 litr içmək lazımdır. Pəhriz saxlayarkən xüsusilə diqqət edilməlidir.

Yumurta: Metabolizmi sürətləndirən yumurtaya üç gün ard-arda yer verilib. Səhər yeməyində qaynamış olaraq yemək, sonrakı gün axşam yeməyində qayğanaq olaraq, üçüncü gün də səhər omlet olaraq yeyilməlidir.

Yağları qarışdırıb istifadə ediblər

Fındıq yağını, soya yağını və zeytun yağını qarışdırıb xörəklərdə istifadə etmək lazımdır. Kərə yağı çox az miqdarda xörəklərdə istifadə edilə bilər, amma miqdarın çox az olması lazımdır. Yəni dad verməsi üçün bir çay qaşığı ola bilər.

Marqarin istifadə etmək olmaz. Faydalı yağlar olduğu halda marqarinə ehtiyac yoxdur! Pəhriz yeməkləri dadlı olmalıdır, insanlar sevmirsə, kəpəkli makaron yemək məcburiyyətində deyil!

Şeyda Çoşqun deyir:

“Mən həmişə pəhrizdə normal makaron təklif edirəm. Onsuz da kəpəkli makaronun içindəki kəpək çox azdır”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR