“Ərimlə qadın-kişi münasibətlərimiz bitsə də...”
Bizi izləyin

Tabloid.az

“Ərimlə qadın-kişi münasibətlərimiz bitsə də...”

Bu xanım Azərbaycan tamaşaçılarına “Min bir gecə” və “Ümidsiz ev qadınları” adlı seriallarından tanışdır. Məşhur “Ejder kapanı” filmində də rol alıb. Söhbət iki dəfə evlənib boşanan, qızının xərçəngə yaxalanmasından sonra çətin günlər keçirən gözəl aktris

Bu xanım Azərbaycan tamaşaçılarına “Min bir gecə” və “Ümidsiz ev qadınları” adlı seriallarından tanışdır. Məşhur “Ejder kapanı” filmində də rol alıb. Söhbət iki dəfə evlənib boşanan, qızının xərçəngə yaxalanmasından sonra çətin günlər keçirən gözəl aktrisa Ceyda Düvencidən gedir.

Ceyda Düvenci həyatı haqqında bilinməyənləri “Səninlə” jurnalına açıqlayıb.

Son günlər jurnalda yayımlanan fotosessiyası ilə gündəmə gələn aktrisa kitabsız, musiqisiz, qızı Melisasız və eşqsiz yaşaya bilmədiyini deyir.

Tabloid.az “Şirin söhbət” layihəsi çərçivəsində gözəl ulduzun Türkiyə mətbuatına verdiyi müsahibəsini təqdim edir:

- Keçmişdən bu günə kimi həyatından keçənləri qısa şəkildə yazsan, yarım başlıqlara nəyi çıxararsan?

- Offf, çox çətin sualdır. Hər halda sevgi, əmək, çalışmaq, inanc, dostlarım, ailəm, nənəm, aktrisalıq, qızım, qızım, qızım... Amma əslində bütövlükdə götürəndə özüm olaram. 37 yaşım var və həmişə ən çox özümü sevmişəm. Özümü sevəndə işlərim daha uğurlu alınır.

- Fikir verdim ki, telefonda danışanda “eşqim” deyə müraciət edirsən. Sevgilinlə danışırsan?

- Yox, rəfiqəmdir. Eşq təkcə qarşı cinsə hiss etdiklərimiz deyil ki. Mənim həyatımda eşq hər yerdədir.

- Necə həyat yaşamısan? Eşq dolu, çətin, yoxsa əyləncəli?

- Bu saydıqlarının hamısı olub həyatımda. Onu dəqiq bilirəm ki, həyatımı boş yerə xərcləməmişəm. Məktəb, öyrənmək, hədəflər, tətillər, kitablar, musiqi - bunların hamısı həyatıma rəng qatıb. Amma çətin idi. Çünki həmişə tək olmuşam, bu yerlərə dırnaqlarımla qazıyaraq gəlmişəm. Ancaq çətinliklər məni yolumdan döndərə bilmədi. Əksinə daha da gücləndim və həyatıma davam etdim.

- Bəs indi necə, xoşbəxtsən?

- Ən yaxşı, ən xoşbəxt dövrümü yaşayıram. Çünki özümü yaxşı tanıyıram, özümü çox sevirəm və inanıram. Yerişim, duruşum belə dəyişilib. Artıq nə istədiyimi çox yaxşı bilirəm. Bəlkə də bu yaşla əlaqədardır. Karyeramda da istədiyim yerdəyəm. Şəxsi həyatımda da hər şey əladır. Sevirəm, sevilirəm, eşqi bölüşürəm. Qızım Melisa ilə münasibətimiz çox yaxşıdır, dost kimiyik.

- Qocalmaqdan qorxmursan ki?

- İdmanla məşğul oluram, özümə yaxşı baxıram. Gözəl qocaldığımı düşünürəm. Yaşım artdıqca güzgüyə daha çox baxıram, güzgü ilə dostlaşıram. Sağlamam, heç kimə möhtac deyiləm. Övladıma da, özümə də baxa bilirəm. Bir tərəfdən də dəli kimi işləyirəm, amma işləməkdən zövq alıram.

- Keçmişdə yaşadıqların həyatına indi də təsir edir?

- Mənim üçün keçmiş keçmişdə qalıb. Həyatı qucaqlayıram və sahib olduqlarımla xoşbəxt olmağın yollarını tapıram. Eşqlə baxıram, eşqlə gülürəm.

- Keçmiş həyat yoldaşın Engin Akgünlə hələ də görüşürsən?

- Engindən ayrılsam da, biz hələ də dostuq.

- Hər şey yaxşı idi, birdən-birə nə oldu, niyə boşandınız?

- Hər evlilikdə problemlər olur. Bəzən elə olur ki, qadın və kişi arasındakı münasibətlər korlanır. Hətta buna çox kiçik bir problem də səbəb ola bilər. Əslində ikimiz də yaxşı insanıq. Ən yaxşı həyatı yaşamağa layiqik.

Hazırda yaxın dostuq. Demək olar ki, hər gün danışırıq, söhbət edirik, dərdləşirik. Ürəyim nə vaxt sıxılsa, ona zəng edirəm. Qızımızın xoşbəxtliyi üçün yaxşı valideynlər olmalıyıq. Bunun üçün əlimizdən gələni edirik. O, həmişə mənim həyatımda olacaq, mən də onun. Çünki biz onunla qohumuq. Bir övladımız olduğu üçün heç vaxt əlaqələri tam qıra bilmərik. Onunla sadəcə qadın-kişi münasibətlərimizi bitirmişik.

- Eşitdim ki, ayrılıq və boşanma ifadələrindən xoşun gəlmir.

- Hə, düzdür. Çünki bu ifadələr prosesə uyğun deyil. Bir övladın varsa, deməli həmişə ana və atasan. Mən Enginin çox xoşbəxt olmasını istəyirəm, çünki qızımın atasıdır. Ana-ata xoşbəxt olanda uşaq da onu hiss edir, fərəhlənir. Bizim Enginlə evliliyimiz bitib, ancaq valideyn olduğumuz üçün ömür boyu bitməyəcək bir borcumuz daha var.

- Boşandın və qızınla tək yaşamağa başladın. O zamanlar nə hiss edirdin, həyatla tək başına mücadilə etməkdən qorxmadın ki?

- Yox. Qızım da mənim kimi güclüdür. Hətta mən ona baxdıqca daha güclü olmağa çalışıram. Qızım xəstələndi, sağlamlıq problemləri ilə əlləşdik.

İnsan övladının xəstə olduğunu biləndə və müalicənin uzun müddət çəkəcəyini öyrənəndə özünü güclü hiss etməyə məcbur olur. Başqa cür dözmək mümkün deyil. Heç vaxt ümidsizliyə qapılmamışam. Əksinə daha da dik dayandım və heç vaxt yorulmadım. Hər gün daha güclü oyandım, hər gün daha çox işləmək üçün özümdə səbri və enerji tapdım.

- Heç üsyan etmədin?

- Təbii ki, etdim. Qızıma hamilə olanda düz 78 gün ayaqlarımı tavana qaldırıb yatmışdım. Bu qədər çətinliklə dünyaya gətirdiyim qızımın xəstə olduğunu öyrənəndə çox pis oldum. Həyat məni Melisa ilə imtahan etməməli idi. Əvvəl çox üsyan etdim, reallığı qəbul edə bilmədim. Amma sonra Allaha sığındım. Dedim ki, o, heç kimə çəkə bilməyəcəyi qədər dərd verməz. Bu müddət ərzində qızımdan çox şey öyrəndim. Gündə 10 saat fizioterapiya olunurdu. Heç vaxt üzünü bürüşdürmürdü, heç vaxt şikayət etmədi, özünü xoşbəxt göstərməyə çalışdı. Onun yanında kədərli görünməyə utanırdım. Melisanın ölümdən dönməsi həqiqətən də möcüzədir.

- İndi həyatında kimsə var?

- Həyatımda eşq var. Hər an hər şeyə aşiqəm. Aşiq olmadan yaşaya bilmərəm. Təkcə qadın-kişi münasibətlərini nəzərdə tutmuram. Övladımın mənə “Ana, səni sevirəm” deməsi eşqlərin ən gözəlidir.

- Sevdiyin adam üçün fədakarlıq edərsən?

- Əgər sevirəmsə, edərəm. Onu itirməmək üçün əlimdən gələni edərəm. Eşq varsa, ürəyim çırpınırsa, qarşımdakı adamın da məni sevdiyini görürəmsə, onunla hər çətinliyə dözərəm. Çünki hamıya aşiq olmaq olmur, çox çətin tapılan, nadir hallarda hiss etdiyimiz bir duyğudur. Həyat çətindir, bunu bir başqasının daha da çətinləşdirməsinə icazə verməmək lazımdır. Eşq qarşılıqlı olmalıdır. Hər iki tərəf də dürüstlüyə riayət etməlidirlər.

- Sən danışdıqca hiss edirəm ki, çox səbirli qadınsan. Bu qədər səbirli olmağı necə bacarırsan?

- Mövlənənin “Məsnəvi”sini oxuyuram. Yunus Əmrəni də çox bəyənirəm. Bu ikisinin əsərləri məni qidalandırır, böyüdür.

- Yaxında “TRT1”-də yeni serialda rol alacaqsan. Bizə bir az canlandıracağın obrazdan danış.

- Serial “Eşqin qanunu” (“Aşkın Kanunu”) adlanır. Polis olan İpək ilə Çətin cütlüyünün hekayəsindən bəhs olunur.

İpəyin iki uşağı var, qayınanası ilə yaşayır. Ayrı bir evə köçmək istəyirlər, ancaq əri yığdıqları pulu qardaşına verir. Bundan sonra boşanmağa qərar verirlər. Amma hakim cütlüyə 8 ay vaxt verir. Çox həyəcanlıyam. Mustafa Üstündağ, Beste Bereket, Bülent Şakrak, Ayten Uncuoğlu və rejissorumuz Çağatay Tosunla yaxşı komanda olduq.

- Serialın adı “Eşqin qanunu”dur. Səncə eşqin həqiqətən də özünəməxsus qanunları var?

- Məncə hər cütlük eşqin qanununu özü yazır, sevgi ilə, yaşadıqları ilə…

- Sən qayınana ilə eyni evdə yaşayarsan?

- Yaxın yerlərdə yaşamaq mənim üçün problem olmaz. Amma qayınana ilə eyni evdə yaşamaq olmaz. Hamının məhrəmi olmalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm