Sona Muradova: “Hüseyni ölümlə hədələyənlər...”
Bizi izləyin

Tabloid.az

Sona Muradova: “Hüseyni ölümlə hədələyənlər...”

Mərhum repçi Hüseyn Dəryanın keçmiş həyat yoldaşı Sona Muradovanın Tabloid.az-a müsahibəsi:

Mərhum repçi Hüseyn Dəryanın keçmiş həyat yoldaşı Sona Muradovanın Tabloid.az-a müsahibəsi:

- Bir müddət öncə səhhətinizdə problem yaranmışdı. Hətta bunun üçün İrana getmişdiniz. Hazırda özünüzü necə hiss edirsiniz?

-Hazırda səhhətim tam yaxşı olmasa da, normallaşır. 60 faiz yaxşı hesab oluna bilərəm. Dərmanlar qəbul edirəm. Həkim deyib ki, özümü əsəb və stressdən qoruyum. Həyatım davam edir, uşağıma baxıram, dərmanlarımı qəbul edirəm.

- Səhhətinizdəki problem nədir?

- Süd vəzimdə şiş var. Həkimlər əməliyyat olunmağı məsləhət gördülər. Əvvəllər şiş bir idi. İndi artaraq, üç olub. Xoşxassəlidir. Əməliyyat olunmasam, ya da müalicəni düzgün etməsəm, bədxassəli şişə çevrilə bilər. Bu xəstəliklə əlaqədar olaraq 3 aydan bir müayinəyə getməliyəm. Buna imkanım olmadığı üçün müayinəyə 6 aydan bir gedəcəyəm. Keçən ay Türkiyədə də oldum. Müayinədən keçdim, yenidən müalicə alıram.

- Bir neçə ay öncə ekstrasens Aqil Məhərrəmov sizin ölümünüzə cadu oldunduğunu demişdi. Ümumiyyətlə, caduya inanırsınız?

- Cadu insanın həyatında necə xəstəlik yarada bilər ki? Əslində, cadu var. Kiminsə mənə cadu etdiyinə inanmıram. Çox vaxt verilişlərdə baxıram, məşhurlar deyirlər ki, falçıya getmirik. Amma əksəriyyəti falçıya gedir. Necə inanmırlarsa, özlərinə ruzi və nəzər duası yazdırırlar. Göz önündə olduqları üçün bunu gizlətsələr də, falçıya gedirlər. Bir çox müğənnilər gedir. Mənə gəlincə, cadunun mənim həyatımda nəsə etdiyini görməmişəm.

Bəlkə də mənə cadu ediblər. Bəzən yolda rastlaşdığım tanış adamlar deyirlər ki, bala, sən niyə bu gündəsən? Bu gün, sabah 30 yaşım olacaq. Amma çəkim 40 kiloqramdır, artmıram ki, artmıram. Heç bir problemim də yoxdur. Döşümdə olan şişin arıq olmağıma heç bir dəxli yoxdur.

- Doğrudur ki, keçmiş həyat yoldaşınız, mərhum repçi Hüseyn Dəryanın “Sus” mahnısı oğurlanıb?

- Bəli. Hüseyn hələ vəfat etməmişdən əvvəl demişdi ki, yeni albomuna “Sus” adlı mahnısının adını verəcək. Hüseynin vəfatından 3 gün keçmişdi, bir oğlan efirə çıxıb, həmin mahnını oxudu. Düzü, onu tanımıram. Mən də bu məsələ ilə bağlı teleaparıcı Zaur Baxşəliyevə müraciət etdim. Zaur da məni vəkil Şəfiqə Nağıyeva ilə tanış etdi. Hazırda Şəfiqə xanım mənə təmənnasız bu işdə kömək edir. İfaçının adını açıqlamaq istəmirəm. İstəmirəm ki, o, bununla reklam olunsun.

- Xatırlayırsınızsa, Hüseyn Dəryanın sağlığında bir qrup dindar onu “Olum, ya ölüm” mahnısından dolayı ölümlə hədələmişdi. Hüseyn Dəryanın vəfatı təsadüf və ya əcəl olmaya bilər?

- Qətiyyən! Bu, belə deyil. Həmin gün o, bizdə idi. Qəzaya düşüb, ölən günü Hüseyn mənim yanımda olmuşdu. Yeni paltarlarını geyindi. Dedi ki, gedirəm, “Sarı gəlin” layihəmlə əlaqədar sponsorla görüşəcəyəm. Deyirdi ki, yenidən bir yerdə olacağıq, həyatımız əvvəlki axarına düşəcək. Allahın yazısıdır. Nə yazıbsa, o da olacaq. Onu ölümlə hədələdiklərindən xəbərim olmayıb. Dini mahnı oxumaq məgər qəbahətdir? Əksinə, o mahnını dinləyən yaxşı mənada təsirlənir. Mən həmin mahnını dinləyəndə tüklərim biz-biz olur... Hətta ateist insan belə həmin mahnını dinləyəndə İslama, dinə-imana gələr.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm