Tuba Böyüküstünün aksessuarları moda aləmini bir-birinə qatdı - Fotolar
Bizi izləyin

Tabloid.az

Tuba Böyüküstünün aksessuarları moda aləmini bir-birinə qatdı - Fotolar

Cazibədar aktrisa son günlər “Kara para aşk” serialında taxdığı bijüteriyaları və zinət əşyaları ilə diqqət çəkir

Türkiyəli gözəl aktrisa Tuba Böyüküstün digər məşhurlardan fərqli olaraq qalmaqalları ilə deyil, dəbli seçimləri ilə gündəmdədir. Cazibədar aktrisa son günlər “Kara para aşk” serialında taxdığı bijüteriyaları və zinət əşyaları ilə diqqət çəkir.

Qadınların sevərək izlədiyi serialın hər bölümündə dəbli və zövqlü geyim, aksessuar seçimləri ilə yadda qalan Tubanı artıq bir stil ikonası adlandıra bilərik.

Belə ki, aktrisanın “Kara para aşk”da canlandırdığı Elif obrazının aksessuarları qadınlar arasında dəb çılğınlığı yaradıb. Serialın təqibçiləri əllərində Tubanın fotoları ilə mağazalara axışaraq onun bijüteriyalarından və geyimlərindən axtarırlar.

Tubanın sırğa, boyunbağı, qolbaq, tac və üzükləri “Google”da ən çox axtarılanlar arasındadır.

Ötən bölümdə Roma səyahəti zamanı Ömərin Elifə hədiyyə etdiyi gümüş boyunbağı qadınlar tərəfindən çox bəyənilmişdi. Artıq həmin boyunbağı satışa çıxarılıb və hazırda çox satılan aksessuarlar sırasındadır.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm