Mayli Sayrus bu yaraşıqlı ilə eşq yaşayır - Fotolar
Bizi izləyin

Tabloid.az

Mayli Sayrus bu yaraşıqlı ilə eşq yaşayır - Fotolar

Çılğın müğənninin yeni sevgilisi Arnold Şvarsnegerin oğludur

Çılğın müğənni Mayli Sayrus “Terminator” filmində rol alan əfsanəvi aktyor və Kaliforniyanın keçmiş qubernatoru Arnold Şvarsneherin oğlu Patriklə eşq yaşayır.

Pop ulduz 21 yaşlı Patrik Şvarsnegerin Los-Ancelesdəki mənzilinə gələrkən görüntülənib. Cütlüyün tez-tez bu mənzildə görüşdükləri deyilir.

Mayli ilə Patrikin arasında sevgi münasibətlərinin olması əslində yeni xəbər deyil. Belə ki, gözəl ulduz nişanlısı Liam Hemsvortdan ayrıldığı zaman, yəni 2011-ci ildə Patrik “Details” jurnalına Maylidən xoşu gəldiyini etiraf etmişdi. “Mənim gözüm Maylinin üzərindədir”, - deyən Patrik deyəsən, 2 il sonra olsa da, bəyəndiyi qadının ürəyini ovsunlaya bilib.

Əslində 2012-ci ildə “The National Enquirer” qəzeti Maylinin Selena Qomezdən Patrikin telefon nömrəsini öyrəndiyini və bundan sonra 2-3 dəfə görüşdüklərini iddia etmişdi.

Mayli ilk dəfədir ki, nüfuzlu bir ailənin oğlu ilə eşq yaşayır. Ancaq Şvarsnegerlər Patrikin seçiminə hələlik ehtiyatla yanaşırlar. Bu da qınanılası deyil, Arnold və həyat yoldaşıp Maria çılğın müğənninin oğullarını Hollivud gecə mərasimlərinə aparacağından və ona mənfi təsir edəcəyindən çəkinirlər.

Qeyd edək ki, Patrik daha öncə Demi Murun qızı Tallulah ilə sevgili olub. Həmçinin onun adı müğənni Teylor Svift və aktrisa Kristin Stüart ilə də hallanıb.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm