Zərnigar Ağakişiyeva 69 yaşını qeyd edir
Bizi izləyin

Tabloid.az

Zərnigar Ağakişiyeva 69 yaşını qeyd edir

Bu gün Azərbaycan teatr və kinosuna bir-birindən əvəzsiz rollar bəxş edən aktrisa Zərnigar Ağakişiyevanın doğum günüdür.

Bu gün Azərbaycan teatr və kinosuna bir-birindən əvəzsiz rollar bəxş edən aktrisa Zərnigar Ağakişiyevanın doğum günüdür.

Tabloid.az xəbər verir ki, Zərnigar Fəti qızı Ağakişiyeva 1945-ci il noyabrın 6-da Qubanın Rustov kəndində doğulub.

O, 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyoru” fakültəsini bitirib.

Təhsilini tamamlayandan sonra, bir müddət Tədris teatrında aktrisa kimi çalışan Z.Ağakişiyeva rejissor Əşrəf Quliyevin dəvəti ilə Akademik Milli Dram Teatrında ilk tamaşası A.Ostrovskinin “Müdriklər” (1973) dramında Mamayeva rolunu oynayıb. 1974-cü ildən isə Akademik Milli Dram Teatrının aktyor heyətinə aktrisa kimi qəbul olunub.

Zərnigar Ağakişiyeva yaradıcılığının xarakterik xüsusiyyətlərinə görə, realist aktyor məktəbinin poetika göstəricilərinə daha uyğundur. Yaratdığı obrazlar tamaşaçılar tərəfindən həmişə maraqla qarşılanıb.

Aktrisanın janr etibarı ilə rəngarəng olan obrazları - M.Qorkinin “Meşşanlar”ında Tatyana, S.Vurğunun “Vaqif”ində Xuraman, S.Dağlının “Kölgələr pıçıldaşır”ında Anarın “Təhminə və Zaur”da Zivər, İ.Əfəndiyevin “Qəribə oğlanın”da Kəmalə və başqa - teatr salnaməsində özünəməxsus yer tutur.

Zərnigar Ağakişiyeva Azərbaycan Dövlət televiziyasının hazırladığı teletamaşalarda və “Azərbaycanfilm”in istehsal etdiyi bir çox filmlərdə çəkilib. Filmlərdə əsas, ikinci dərəcəli, epizodik rollara çəkilib.

O, 1982-ci ildə əməkdar, 2000-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. Prezident təqaüdçüsüdür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm