Məlahət Abbasova uzun illərdir xəyalını qurduğu arzuna çatdı
Bizi izləyin

Tabloid.az

Məlahət Abbasova uzun illərdir xəyalını qurduğu arzuna çatdı

Dahi dramaturq Hüseyn Cavidin “İblis” əsəri Türkiyədə səhnəyə qoyulacaq.

Dahi dramaturq Hüseyn Cavidin “İblis” əsəri Türkiyədə səhnəyə qoyulacaq.

Tabloid.az xəbər verir ki, bu haqda Türkiyədə yaşayan və aktrisalıq sənətini qardaş ölkədə davam etdirən sevimli sənətçimiz Məlahət Abbasova “Facebook” profilində yazıb.

O, bildirib ki, qərar İstanbul şəhər teatrlarının bədii şurası tərəfindən verilib:

“Bu tarixi bir hadisədir. Uzun illərdən bəri xəyalını qurduğum arzum nəhayət həyata keçdi. Ruhun şad olsun Hüseyn Cavid”.

Yeri gəlmişkən, xatırladaq ki, 1991-ci ildə Türkiyə vətəndaşı ilə ailə quran və İstanbulda yaşayan Məlahət Abbasova aktrisalıq fəaliyyətini də orada davam etdirib. İstanbul şəhər Bələdiyyə Teatrında aktrisası və rejissor kimi çalışan sənətçi bu teatrın səhnəsində bir çox rollar oynayıb. Hazırda Hüseyn Cavidin “İblis”, “Kitabi-Dədə Qorqud” əsərləri üzərində çox ciddi şəkildə çalışır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm