• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Gözəl qadınların çirkin kişiləri seçməsinin məntiqli səbəbləri - Fotolar

Gözəl qadınların çirkin kişiləri seçməsinin məntiqli səbəbləri - Fotolar

Çirkin kişilər qadınları daha çox xoşbəxt edir!

Niyə çox zaman çox gözəl qadınların yanında çirkin kişi görürük? Və nə üçün o cütlüklərin münasibətləri daha uzunömürlü olur? Hollivud ulduzlarında da vəziyyət dəyişmir, Adriana Lima - Marko Jaric, Haydi Klum - Seal və daha bir çox gözəl qadın çirkin kişilərlə evlənib. Tabloid.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekspertlərə görə çirkin kişilər qadınları daha xoşbəxt etdiyi üçün gözəl qadınlar onlara üstünlük verirlər.

Çirkin kişinin aldatma ehtimalı sıfrıa bərabərdir!

ABŞ-ın Tennessi universitetinin mütəxəssisləri 5 il ərzində 82 cütlüyün evlilik həyatını izləyərək araşdırma aparıb. Onların gəldiyi qənaətə görə, həyat yoldaşı özündən çirkin olan qadınlar özlərini daha xoşbəxt və daha güvəndə hiss edirlər.

Ekspertlər həyat yoldaşından daha cəlbedici olan bir kişinin kiçik eşqbazlıqlar etmə şansının daha çox olduğunu, belə bir xəyanət ehtimalının isə qadının rahatlığını və xoşbəxtliyini pozduğunu deyib.

Sosial münasibətlər üzrə professor Albert Daniel isə tərəf müqabili çirkin olan kişilərin qadınına daha çox sahib çıxdığını bildirib. O, vurğulayıb ki, bu sahibliyin səbəbi qadınların ər olaraq özlərindən daha çirkin kişiləri seçməsindən qaynaqlanır.

Kişilər hər addımda gözəl və cazibədar qadın axtarır!

Bir çox qadınların çirkin kişilərlə birlikdə olduğu, hətta bundan çox razı olduğu həqiqətdir. Seriallarda, küçədə gəzərkən və yaxud hər hansı bir məkanda belə cütlüklərə tez-tez rast gəlinir.

Gözəl qadınların çirkin kişiləri seçməsinin digər bir səsəbi isə yaraşıqlı kişilərin özündən razı olmasıdır. Belə ki, cazibədar kişilər gözə xitab etsələr də, yaraşıqlı və uzun boylu olmaqlarını digər mənfi xüsusiyyətlərini ört-basdır etmək üçün istifadə edirlər.

Yaraşıqlı kişilər kobud olur!

Yəni, yaraşıqlı bir kişi qadınlara qarşı nəzakətli, mərd və anlayışlı olmaq baxımından digər kişilərdən çox geridədir. Qadınlar isə bunu çox yaxşı hiss edirlər.

Bu qaydanın istisnası da var. Çünki məktəb illərində oğlanlar qadınlar haqqında o qədər də dərin məlumatlara sahib olmur, həm də yaraşıqlı olmağın üstünlüklərindən xəbərsiz olurlar. Bunun fərqinə varınca və özünə güvəni artdıqca qadınlara qarşı kobud davranmağa başlayırlar. Bu qayda əslində, qadınlar üçün də keçərlidir. Lakin kişilər gözləri ilə sevdiyi halda, qadınlar hisslərinə güvənməyə üstünlük verirlər.

Nəticədə bütün kişilər gözəl qadın axtararkən, qadınlar qüsurlarını “yaraşıqlı olmaq” üstünlüyünün arxasına gizlətməyən kişiləri seçirlər.

İnsanların yetkinləşməsi zaman tələb edir prosesdir. Qadın və kişinin gənclikdən yetişkinliyə keçən dövründə emosional və sosial mənada yetkinləşmələri fərqli sürətlərdə müşahidə edilir.

Qadınlar da, kişilər də qarşı cinsdə həqiqətən nə axtardığını ancaq 30-a yaxınlaşan yaşlarda başa düşürlər. Əgər 30 yaşındakı bir qadın yaraşıqlı deyil, çirkin kişi ilə görüşürsə, həmin qadını təbrik etmək lazımdır. Çünki 30 yaşdan sonra qadınları kişilərin yaraşıqlı olub-olması maraqlandırmır. Qadınlar bu yaşdan sonra qarşı cinsdə arzuladığı özəllikləri axtarırlar. Ancaq ağıllı qadınlar bu cür seçim edirlər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR