Tabloid.az
Yanaqların təbii şəkildə çəhrayı olması üçün nə etməli?
Gözəl görünməyi hansı qadın istəməz ki? Gözəl üzə sahib olmaq üçün ən mühüm detallardan biri də gözəl yanaqlara sahib olmaqdır. Tabloid.az dolğun və çəhrayı yanaqlara sahib olmağın üsullarını təqdim edir:
Qidalanma
Rasionda C və E vitamini ehtiva edən sitrus və yaşıl yarpaqlı tərəvəzlər kimi qidalara daha çox yer verin. Süd də dəri sağlamlığı üçün olduqca təsirli qidadır. Zamanla dərinizin rənginin dəyişdiyini, daha da təravətləndiyi və canlılıq gəldiyini müşahidə edəcəksiniz.
Maska istifadə edin
Gözəl, sağlam, dəriyə sahib olmağın digər bir yolu da dəriyə maska çəkməkdən keçir.
Yarım bananı püre halına gətirib dərinizə çəkin və 20 dəqiqə sonra üzünüzü yuyun.
Xiyar maskası da dəriyə çox yaxşı təsir edən, göz altı torbalarını və gözaltı qaraları yüngülləşdirən maksadır.
Su için
Çəhrayı yanaqlara qovuşmağın təbii üsullarından biri də bol su içməkdir. Su, dərinizi daxilindən nəmləndirərək, gümrah, sağlam dəriyə sahib olmağınızı təmin edir. Su zədələnmiş hüceyrələri bərpa edir.
Pilinq
Nizamlı pilinq etməyin dəriyə çox müsbət təsiri var. Pilinq dərini ölü hüceyrələrdən və toksinlərdən təmizləyib, təmiz dəriyə sahib olmağınız üçün çalışır. Bunun üçün mağazalarda satılan pilinq maskalardan və ya evdə qarğıdalı unu ilə qatığı qarışdırıb özünüzə maska hazırlaya bilərsiniz.
İdman edin
Üzgüçülük, volleybol, yürüş və ya başqa idman növləri yanaqların təbii şəkildə çəhrayı olmasına kömək edir. İdman etmək qan dövranını sürətləndirdiyi üçün dərinin parlaq, sağlam görünməsini təmin edir.
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!