Fatimə Hindistanda qalib gəldi, Tolik Oksanaya söz atdı
Bizi izləyin

Tabloid.az

Fatimə Hindistanda qalib gəldi, Tolik Oksanaya söz atdı

Azərbaycanlı rəqqasə Fatimə Fətəliyeva Hindistan keçirilən rəqs müsabiqəsinin qalibi olub. Rəqqasə ilk olaraq xəbəri rəsmi “İnstagram” səhifəsində paylaşaraq “Mənim mükafatım. Allahım sənə şükür. Mən gözləmirdim. Çox sağ ol!” sözlərini yazıb.

Azərbaycanlı rəqqasə Fatimə Fətəliyeva Hindistanda keçirilən “Udbhav international Dance Carnival"rəqs müsabiqəsinin qalibi olub. Rəqqasə ilk olaraq xəbəri rəsmi “İnstagram” səhifəsində paylaşaraq “Mənim mükafatım. Allahım sənə şükür. Mən gözləmirdim. Çox sağ ol!” sözlərini yazıb.

Tabloid.az hazırda Hindistanda olan rəqqasə ilə əlaqə saxlayaraq qalibiyyəti və ifa etdiyi rəqslərlə maraqlanıb.

Rəqqasə sevincək bunlar bunları bildirib: “Çox yorğunam. Bu gün altıncı gündür ki, müxtəlif yerlərdə konsertlərimiz oldu. Sonuncu gün isə qala konsert oldu. Azərbaycanın müxtəlif milli xalq rəqslərini təqdim etmişəm. “Sarı gəlin”, “Vağzalı”, “Mirzeyi”, “Uzun dərə” rəqsləri onların sırasında olub. Qala gecəsində isə uzun dərə rəqsi ilə çıxış etdim. Festivalda bir neçə ölkə iştirak edirdi. Hindistanı təmsil edən iştirakçı yarışmada ikinci oldu. Azərbaycan isə birinci yerə layiq görüldü. Üçüncü yeri Rusiya təmsilçisi tutdu. Kulisin arxasında birinci yer Azərbaycan deyəndə mən inanmırdım. Amma kuboku mən qazandım, diploma layiq görüldüm. Bu diplomu “Kathak” rəqs məktəbinin adından mənə verdilər.”

Öyrəndik ki, xəbərdən dərhal sonra rəqqasəni ilk təbrik edən prodüser Tolik olub. Tolik təbrikində “Təbriklər! Azərbaycanlı olaraq Azərbaycan rəqsini başqa ölkədə təmsil etməyin alqışa layiqdir. Təki hamı sənin kimi Azərbaycan rəqslərini təmsil edib yer tuta bilsin.”

Xatırladaq ki, ötən ay rəqqasə Oksana Rəsulova da Hindistanda keçirilən yarışmada birinci yeri tutmuşdu. Amma o, hind rəqslərini ifa etmişdi. Prodüserin xüsusi olaraq “Azərbaycanlı olaraq Azərbaycan rəqsini başqa ölkədə təmsil etməyin alqışa layiqdir”, cümləsini Oksananın bostanına atılan daş kimi də başa düşmək olar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm