150 minlik “Gallenvagen” sürən müğənni: “Bir paltarı ildə iki dəfə geyinirəm”
Bizi izləyin

Tabloid.az

150 minlik “Gallenvagen” sürən müğənni: “Bir paltarı ildə iki dəfə geyinirəm”

Aytac Bərdəli imicindən, geyim tərzindən danışıb.

Aytac Bərdəli imicindən, geyim tərzindən danışıb.

Müğənni Tabloid.az-a açıqlamasında bildirirb ki, geyimlərini adətən, xaricdən alır:

“Bir rəfiqəm var, xaricdən geyimlər gətirir, ondan alıram. Ya da özüm xaricə səfər edəndə paltarlarımı oradan alıram. Bakıda da alış-veriş edirəm. Onu da deyim ki, hara getsəm, özümə nəsə alıram. Hətta pulum olmasa belə, behini qoyub, sonra alıram”. Bədxərc olduğunu gizlətməyən müğənni tək geyimə deyil, əyləncəsinə də çox pul xərcləyir:

“Paltara çox pul xərcləyirəm. İstədiyim əyləncədən də geri qalan adam deyiləm. Hətta əyləncəli məkanlara gedəndə də çox pulum gedir. Bir növ kişi kimi yaşayıram. Özüm-özümə baxıram”.

“Mənim üçün bir nömrəli brend “Chanel”dir”, - deyən A.Bərdəli “Dior” markasını da sevir:

“Qarderobumda hər qiymətə paltar var. Hətta ucuz qiymətə kofta və şalvarlarım da var. Əslində geyimin ucuz və ya baha olmasının mənim üçün fərqi yoxdur. Çünki bir paltarı bir-iki dəfə geyinib, gələn ilə saxlayıram. Yəni bir paltarı uzaqbaşı ildə iki dəfə geyinirəm. Bir paltarı davamlı geyinə bilmirəm, gözümdən düşür. Qızıl-zinət əşyalarını da çox sevirəm. Bijuteriyalardan çox az istifadə edirəm. Daha çox sarı qızılı sevirəm. Ərəbsayağı qızılları bəyənirəm. Bir sözlə, qızıl yaralı yerimdir”.

Qeyd edək ki, Aytac Bərdəli bir müddət əvvəl özünə 150 min manatlıq “Gallenvagen” alıb. Daha sonra isə gənc müğənni özünə 5 min manata ceyran alıb.

Xatırladaq ki, Aytac Vidadiqızı mərhum müğənni Vidadi Bərdəlinin qızıdır. Vidadi Bərdəli 2012-ci ilin noyabrında 53 yaşında ürək tutmasından vəfat edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm