Dünyanı dəhşətə gətirən hamilələr- Fotolar
Bizi izləyin

Tabloid.az

Dünyanı dəhşətə gətirən hamilələr- Fotolar

Dünyanı dəhşətə gətirən hamilələr

Tabloid.az tarixə düşən dünyanın ən maraqlı analarını bir yerə toplayıb.

Dünyanın ilk kişi anası: Amerikalı Tomas Beati qadın kimi anadan olub. Ancaq keçirdiyi əməliyyat və hormon müalicəsindən sonra həyatını kişi kimi davam edib. Onun dünyanın diqqət mərkəzində olmasına səbəb olan isə 34 yaşında dünyanın ilk kişi anası olmasıydı. O, əməliyyatla cinsiyyətini dəyişdirsə də, daxili orqanını -uşaqlığını dəyişdirməmişdi. Həyat yoldaşı Nansi daha əvvəl keçirdiyi əməliyyatdan dolayı dünyaya uşaq gətirə bilmədiyi üçün Beati belə bir yol seçir. Donor sperma və öz yumurtalarından istifadə edərək süni mayalanma yolu ilə hamilə qalır.

Dünyanın En İlginç Anneleri

Ən qısa boylu ana: Steysi Herald 71 sm boyu ilə dünyanın ən qısa boylu anası kimi tanınır.

Dünyanın En İlginç Anneleri

Səkkiz əkizin anası: Amerikalı Nadya Denise Doud-Suleman Gutierrez 2009-cu ilin yanvar ayında eyni anda səkkiz körpə dünyaya gətirib. Medianın böyük diqqətini çəkən ananın bunlardan başqa, 6 uşağı daha olduğu və işsiz olduğunun öyrənilməsi böyük reaksiyaya səbəb olmuşdu. Çünki o, uşaqlarının hamısına süni mayalanma yolu ilə hamilə qalmışdı.

Dünyanın En İlginç Anneleri

Dünyanın ən yaşlı anası: 70 illik uşaq həsrətindən sonra 70 yaşlı Hindli qadın Rajo Devi Lohan 2008-ci ilin noyabrında ilk uşağını dünyaya gətirir.

Dünyanın En İlginç Anneleri

Uşaqları arasında ən çox yaş fərqi olan ana: Yelizaveta Anın Buttleın iki uşağının arasında 41 yaş fərq var. 1956-cı il təvəllüdlü Belindanın qardaşı 1997-ci il təvəllüdlüdür!

Dünyanın En İlginç Anneleri

Ən kiçik körpənin anası: 2004-cü ilin oktyabr tarixində Loyola Universitetinin Tibb Mərkəzində dünyanın ən kiçik körpəsini dünyaya gətirən Mahajabeen Sheik körpəsinin adını Rumaisa Rəhman qoyub.

Dünyanın En İlginç Anneleri

Ən çox uşaq doğan ana: Ginnesin Rekordlar kitabına görə, XVIII əsrdə Rusiyada bir fermerin - Feodor Vassilyevin ilk xanımı 69 uşaq dünyaya gətirib.

Dünyanın En İlginç Anneleri

Dünyanın ən gənc anası: Cərrah Gerardo Lozada Perulu kiçik Lina Medinanın qarnında şiş olduğunu düşünürdü. O, kiçik Linanın qarnına ultrasəs ilə baxanda 8 aylıq hamilə olduğunu görəndə həyatının şokunu yaşayır. Lina Perunun paytaxtında yerləşən xəstəxanada mütəxəssislərə göstərilir. Bir yarım ay sonra Lina 14 may 1939-cu ildə qeysəriyyə üsulu ilə doğuş keçirir. Qız 2.7 kiloqram çəkidə oğlan doğur. Körpəyə həkimin adı verilib. Gerardo 10 yaşına qədər Linayı bacısı kimi tanıyır. Amma 40 yaşında sümük iliyi xəstəliyindən həyatını itirir.

Dünyanın En İlginç Anneleri

Oxumağa davam et
Reklam
Reklam

Gündəm