“ANS həyatıma qara boya çilədi” deyən aparıcıya cavab gəldi
Bizi izləyin

Tabloid.az

“ANS həyatıma qara boya çilədi” deyən aparıcıya cavab gəldi

Yaradan Prodakşn” ANS telekanalında yayımlanan “Əslində mən” verilişinin aparıcısı Zabir Əliyevin ANS telekanalı haqqında ifadə etdiyi fikirlərə münasibət bildirib.

Yaradan Prodakşn” ANS telekanalında yayımlanan “Əslində mən” verilişinin aparıcısı Zabir Əliyevin ANS telekanalı haqqında ifadə etdiyi fikirlərə münasibət bildirib. Belə ki, prodakşnın baş direktoru Rüfət Əsgərovun sözlərinə görə, Zabir Əliyev “ANS” televiziyasında deyil, “Yaradan Prodakşın”da çalışıb. Sadəcə olaraq “Yaradan Prodakşın”da hazırladığı “Əslində mən” verilişi “ANS” telekanalında yayımlanıb.

Rüfət Əsgərov: “Əslində mən” verilişi yay mövsümü ilə əlaqədar yayımlanmadığı üçün Zabir Əliyev işini dəyişmişdir.”

Xatırladaq ki, daha çox “Lider” telekanalında yayımlanan “Ekstrahiss” verilişi ilə məşhurlaşan Zabir Əliyev tabloid.az saytına müsahibəsində “ANS mənim həyatımın təzadlar, təlaş, sıxıntı və problemlərlə dolu dönəminə təsadüf etdi. ANS mənim problemlərimi rahatlaşdırmaq əvəzinə daha da ağırlaşdırdı. Dörd ay adıçəkilən şirkətdə çalışdım. ANS həyatıma qara boya çilədi” sözlərini demişdi.

Müsahibəni tam oxumaq üçün linkə keçə bilərsiniz:http://tabloid.az/news/12370

Oxumağa davam et
Reklam
Reklam

Gündəm