Sevgilərini milyon dollarlıq üzüklə sübut edən məşhurlar - Fotolar
Bizi izləyin

Tabloid.az

Sevgilərini milyon dollarlıq üzüklə sübut edən məşhurlar - Fotolar

Məşhurların evlilik üzükləri həmişə ilin dəb tendensiyalarına təsir edib. Tabloid.az dünya udluzlarının evlilik və nişan üzüklərini araşdırıb:

Məşhurların evlilik üzükləri həmişə ilin dəb tendensiyalarına təsir edib. Tabloid.az dünya udluzlarının evlilik və nişan üzüklərini araşdırıb:

Tom Kruz

Tom Kruz keçmiş həyat yoldaşı Keti Holmsa ən romantik yerlərdən biri olan Eyfel qülləsində evlənmə təklifi etmişdi. Aktyor Ketiyə ortasında beş karatlıq oval formalı almaz olan “Fred Leighton” markasının bahalı üzüyünü hədiyyə etmişdi. Üzüyün ətrafı altı karat almazla əhatələnmişdi. Üzüyün qiyməti isə 275 min dollar idi.

Tom Kruz Nikol Kidmana daha sadə bir üzüklə evlənmə təklifi etmişdi. Halbuki Nikolun ikinci həyat yoldaşı Keith Urban ona üzərində üç ədəd brilyant olan 120 min dollarlıq üzük hədiyyə etmişdi.

Bred Pitt

Bred Pitt Ancelina Coliyə hədiyyə etdiyi üzüyü özü dizayn edib. Pitt daha sonra hər detalını müəyyənləşdirdiyi üzüyü məşhur dizayner Robert Prokopa apararaq üzüyü hazırlamasını istəyib. Ancelina Colinin barmağını bəzəyən üzük 250 min dollara başa gəlib.

Bred Pitt 1999-cu ildə də ilk həyat yoldaşı Cennifer Enistona öz əlləri ilə hazırladığı brilyant daşlı üzüklə evlilik təklifi etmişdi. Bu üzüyün dəyəri 500 min dollar idi. Yəni Bred Pittin Cenniferə hədiyyə etdiyi üzük Ancelinanın üzüyündən iki dəfə baha olub.

Şahzadə Çarlz

Kral ailəsi üçün ləl-cəvahirat vaz keçilməz bir lüksdür. Şahzadə Çarlz 1981-ci ildə 32 yaşında olarkən 19 yaşlı Diana Spensera evlənmə təklifi etmişdi. O, “Garrad”ın dizaynı olan 14 almazla əhatələnmiş 18 karat safir üzük hədiyyə edərək ömrünü Diana ilə birləşdirmək istəmişdi. Qiyməti 30 min sterlinq olan üzüyü hazırda Keyt Middlton taxır.

İllər sonra ikinci həyat yoldaşı Kamilla Parker Bovlsa evlənən şahzadə Çarlz sevdiyi qadına nənəsinin bahalı üzüyünü hədiyyə etmişdi.

Alek Baldvin

1993-cü ildə Kim Besincerə “Tiffany” markasının 3,7 karatlıq almaz üzüyünü hədiyyə etmişdi. Cütülük boşandıqdan iki il sonra, yəni 2004-cü ildə həmin üzük auksionda 59 min 750 dollara satıldı.

Alek ikinci həyat yoldaşı yoqa təlmçisi Hilari Tomasa isə böyük almazı ilə diqqət çəkən platin halqaları olan 75 min dollarlıq üzük hədiyyə etmişdi.

Nik Laşe

2002-ci ildə Cessika Simpsona armud formalı almazı olan bir üzük hədiyyə edib. 2010-cu ildə isə Vanessa Minnilloya dörd karat almazlı 125 min dollar dəyəri olan bir üzüklə evlənmə təklifi edib.

Ben Afflek

Ben Afflek 2002-ci ildə müğənni Cennifer Lopezə 6.1 karat çəhrayı “Harry Winston” almazlı üzüklə evlənmə təklifi etmişdi. Üzüyün dəyəri 1,2 milyon dollar idi.

Afflek 2004-cü ildə isə Cennifer Qarnerə evlənmə təklifi etməyə qərar verdikdə yenə “Harry Winston”dan 4.5 karat tək qaşlı üzük alıb.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm