Sənətçilər yeni aksiyaya qoşuldular - Fotolar
Bizi izləyin

Tabloid.az

Sənətçilər yeni aksiyaya qoşuldular - Fotolar

Bakıda Milli Bayraq günü ilə əlaqədar maraqlı layihə keçirilib.

Bakıda Milli Bayraq günü ilə əlaqədar maraqlı layihə keçirilib.

Tabloid.az xəbər verir ki, “ADDIM”ın təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq “Walpaperlər (elektron divar kağızları) müsabiqəsi gerçəkləşib.

Layihə ilə bağlı təşkilatın sədri Hüseyn Cavadzadə bununla bağlı xeyli sayda böyük, regional və beynəlxalq layihələr reallaşdırdıqlarını deyib:

“Amma mən hesab edirəm ki, bu layihə xüsusi əhəmiyyətə malikdir. Çünkı istənilən dövlət bayramlarında insanların internetdə əldə etdikləri bayraq fotolarının sayı barmaqla sayılacaq qədər idi. Bizə təqdim olunan 100-ə yaxın işdən ən yaxşı 22-ni müsabiqəyə daxil edib, yayımladıq. İndi istifadəçilərin 22 yeni “wallpaper”i var. Bu, bizim üçün əhəmiyyətlidir”.

Qeyd edək ki qaliblərin mükafatlandırma mərasimi bugün 17:00 da “ADDIM”ın Park Bulvar AVM-də keçirəcəyi bayram konsertində baş tutacaq.

Tədbirdə xalq artisti Nisə Qasımova, əməkdar artistlər Məryəm Süleymanova, Elza Seyidcahan, “Eurovision-2014” təmsilçimiz Dilarə Kazımova, müğənnilər İlhamə Qasımova, Mirkamil Kamilov, Elçin (“Şipşirin”) Ayan Babakişiyeva, Seyran Babayevin çıxışları gözlənilir. Mərasimdə gənclərin və ulduzların iştirakı ilə sürpriz aksiyalar nəzərdə tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm