Astroloji proqnoz - 10 noyabr
Bizi izləyin

Tabloid.az

Astroloji proqnoz - 10 noyabr

Astroloji proqnoz - 10 noyabr

QOÇ - Maliyyə problemlərinizin mövcudluğunu görən ulduzlar sizə kömək etmək istəyir. Lakin hansısa aktivlik göstərə bilmirsiniz. Gözütox olun. Bu axşam bütün dəvətləri qəbul edin.

BUĞA - Bütün vaxtınızı ailə-sevgi münasibətlərinə həsr edin. Digər insanlarla münasibətləri məhdudlaşdırın. Əks təqdirdə ovqatınız korlana bilər. Şəxsi büdcənizi artırmağa çalışın.

ƏKİZLƏR - Yaxşı olar ki, günortaya qədər mənzil şəraitində istirahət edəsiniz. Çünki həmin ərəfədə hansısa uğur gözlənilmir. Nahardan sonra isə istənilən sövdələşməniz baş tutacaq.

XƏRÇƏNG - Mənfi enerjili Ay bürcünüzdə olduğundan ilk növbədə səhhətinizə fikir verin. Mübahisəli situasiyalardan qaçın. Bu gün daha çox yeni, işgüzar sövdələşmələrdə uğurlarınız mümkündür.

ŞİR - Düşərli ərəfədir. Bəxtinizin gətirəcəyinə şübhəniz olmasın. Saat 15-18 arasını bütünlüklə sevgiyə həsr etməklə mənəvi rahatlıq tapacaqsınız. Amma səhhətinizi də qorumalısınız.

QIZ - Təzadlı gündür. Hadisələrin inkişafı gah müsbət, gah da mənfi istiqamətə yön ala bilər. Özünüzü gərginliyə salmayın. Heç kimin şəxsi işlərinə qarışmayın. Münasibətlərdə ciddi olun.

TƏRƏZİ - Ötən ongünlükdə icra edə bilmədiyiniz planlara yenidən baxmağınız vacibdir. Əgər özünüzü qalmaqallardan qoruya bilsəniz, axşama doğru sürprizləriniz olacaq. Pul da gözlənilir.

ƏQRƏB – Bu gün digər bürclərdən fərqli olaraq sizin üçün olduqca maraqlı bir təqvim yaşanacaq. Ələlxüsus da saat 14-dən sonra sevindirici hadisələrin şahidi olacaqsınız. Ağır işlərə girişməyin.

OXATAN - O qədər də səmərəli təqvim deyil. Bir tərəfdən səhhətinizlə bağlı xoşagəlməzliklər, digər tərəfdənsə münaqişələrə cəlb olunmağınız ovqatınıza mənfi təsir göstərə bilər.

OĞLAQ - Öz gücünüzə nə qədər arxayın olsanız da, həlledici məqamlarda etibarlı adamların məsləhətinə qulaq asın. Axşam görəcəyiniz işlərin planını qurmaq istiqamətində sövdələşmələr aparın.

SUTÖKƏN - Qonşu və ya qohumlarınızla, eləcə də həmkarlarınızla münasibətlərinizdə yeni və müsbət mərhələ başlayacaq. Ola bilsin səfərə də çıxasınız. Saat 17-dən sonra işgüzar əlaqələri dərinləşdirin.

BALIQLAR - Mövcud problemlərinizin həllində ətrafınızda olan etibarlı şəxslərin köməyindən yararlanın. İndiki halda təkbaşına qərar çıxarmaq zərərinizədir. Axşam yeniliklərin şahidi olacaqsınız.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm