Mina: “Mənim üçün milliyyətin fərqi yoxdur, əsas odur ki, kişi...” -Müsahibə, Fotolar
Bizi izləyin

Tabloid.az

Mina: “Mənim üçün milliyyətin fərqi yoxdur, əsas odur ki, kişi...” -Müsahibə, Fotolar

Tabloid.az Azərbaycan şou biznesinə bir mahnı ilə gələn və sözün əsl mənasında “partlayış” etməyi bacaran, ard-arda hit mahnılar ifa edən gənc və istedadlı müğənni Mina ilə eksklüziv müsahibəni oxuculara təqdim edir.

Tabloid.az Azərbaycan şou biznesində bir mahnı ilə “partlayış” etməyi bacaran, ard-arda hit mahnılar ifa edən gənc və istedadlı müğənni Mina ilə eksklüziv müsahibəni oxuculara təqdim edir.

- Çoxdandır efirdə görünmürsən. Haralardasan?

- 5 ay əvvələ kimi Bakıda idim, bir prodakşının əməkdaşı idim. “Eşq oğrusu” adlı mahnımı yazdıq, hətta klip çəkdirdik, amma yayımlaya bilmədik. Çünki Türkiyədən filmdə çəkilməyə təklif gəldi və işlərim yarımçıq qaldı. Türkiyəyə getməli oldum və orada möhtəşəm, tarixi bir türk filminə çəkildim. Bu səbəbdən çalışdığım prodakşın ilə münasibətlərimdə problemlər yarandı. Məni məhkəməyə vermək istədilər. Çünki klipdən sonra mən mahnının və klipin reklamını aparmalı idi. Mən isə mədəni şəkildə məsələni yoluna qoymağa çalışdım. Çox sağ olsunlar hər şey yoluna düşdü.

- Filmi kim çəkir?

- Türkiyədə çəkilən filmin rejissoru Özhan Erendir.

- Necə oldu ki, Türkiyədən aktisalıq təklifi gəldi?

- Gözlənilməz oldu. Çünki mən Bakıda məhz prodakşınlardan biri ilə çalışırdım. Artıq ikinci klipimizin çəkilişlərinə başlayırdıq. Zəng gəldi ki, ANS telekanalına getməliyəm. Orada məni Aida xanım qarşıladı və bildirdi ki, “Xoca” filmində mənim obrazım və aktrisalıq məharətim türkiyəlilər tərəfindən bəyənilib və rejissor Özhan Eren məni öz filmində azərbaycanlı qızı kimi görmək istəyir.

Mən düşünürəm ki, aktrisalıq daha yaxşıdır. Düzdür müğənnilik də yaxşıdır. Mənim səsim və istedadım var. Amma aktisalıq da eləmək lazımdır. (gülür).

- Film haqqında danışmağa icazə verirlər yoxsa hələ ki, sirrdir?

- Filmin adı “Son məktub”dur. Çanaqqala döyüşündən bəhs edən bir seriyalı bədii, tarixi filmdir. Gələn il martın 22-də təqdimatı olacaq. Mən baş rollardan birini oynayıram. Mənim obrazım azərbaycanlı qız - Nesrin Cavadzadədir. Filmdə tibb bacısı obrazını canlandırıram. Yeri gəlmişkən, filmdə müğənnilyimi də nümayiş etdirmişəm. Filmin bəzi səhnələrində mahnılar ifa etmişəm. İnşallah bir də premyera üçün Türkiyəyə gedəcəyəm.

- Mina, sən Azərbaycan səhnəsi üçün bir “partlayış” oldun. Çünki, indiyədək heç kim cəsarət edib “Dur oppan”, “Varlı”, “Hər şey istəyirəm”, “Əlisəftər”, “Qırmızı tuman” tipli mahnılar oxumağa cürət etməyib. Maraqlıdır ki, bu, səhnə obrazındır yoxsa təbiətən “dur oppan” deyən Minasan?

- Bu, mənim səhnə obrazımdır. Artıq mən özümü aktisa kimi hiss edirəm, bir neçə filmdə çəkilmişəm. Və Mina mənim sadəcə obrazımdır. Amma həyatda çox sakit insanam (gülür). Müğənniliyi atmışam, özümü artıq aktisa kimi görürəm. Amma istərdim müğənni kimi də fəaliyyət göstərim. Çünki səsim var, görünüşüm var. Amma Allah hələ ki, mənə aktisalıq yolunu açıb.

- Səninlə söhbətdən bu qənaətə gəlirəm ki, aktisalığa çox həvəslisən. Baxdığın yerli və ya əcnəbi filmlərdən hansında özünü görmək istərdin?

- Türk filmlərini çox izləyirəm (fikirləşir)... Məsələn, “Aşk-ı Memnu”da Bihter obrazını canlandıra bilərdim, “Çalıquşu” filmində Fəridəni oynaya bilərdim. (Gülür.) Çox istədim bu filmlərə çəkilim.

Mən Türkiyədə 130 nəfərlik heyət ilə çalışmışam. Peşəkar heyətin iştirak etdiyi filmlərdə rol almaq istəyərdim.

- Rolunuza görə qonorar ödəyiblər?

- Əlbəttə! İnsanın haqqını verməsən o, rahat işləyə bilməz. Özü də qonorarım elə türk aktisalarının aldığına bərabərdir. Sadəcə qonorar roldan asılıdır. Əgər baş roldursa, məbləğ də çox olacaq. Əgər epizodik roldasansa əlbəttə qonorarın da az olacaq. Mən baş rollardan birini ifa etmişən. Aldığım qonorarı da soruşmayın, bu, sirrdir. (Gülür.)

- Çəkiliş heyəti ilə münasibət yaratmaq çətin olmadı ki?

- Onlar çox fərqlidir. Biz elə deyilik. Çox açıq-saçıqdırlar. Orada qızların siqaret çəkməsi normaldır, pis baxılmır. Bizdə isə yox. Əvvəllər çox sıxılırdım. Münasibət qurmaq üçün müğənniliyimi işə saldım. “Youtube” portalındakı kliplərimi göstərdum. Bundan sonra hamının sevimlisinə çevrildim. Bakıya gəlmişəm, artıq oradakı dostlarım yazırlar ki, gəl Türkiyəyə və biz sənə burada həm müğənni, həm də aktisa kimi işləmək üçün köməklik edərik. Mən isə hazırda Azərbaycanda növbəti filmə çəkildiyimdən onların təklifindən imtina edirəm.

- Türkiyədə olanda yaxınların üçün daxırırdın?

- Çox darıxırdım. Onlar da mənim üçün. Mehmanxanada qalırdım. Məni orada hər şey ilə təmin etmişdilər. Şəxsi sürücümə kimi var idi. Bəzən 1 həftə çəkiliş olmurdu. Çanaqqala şəhərində çəkiliş getdiyindən oradakı mehmanxanalardan birində qalırdım. Pəncərəm birbaşa dənizə açılırdı. Tez-tez gəmilər keçirdi. Bir dənə də eşq gəmisi var idi ki, evlənən cütlüklər həmin gəmiyə minib gedirdilər...

Hər gecə gəmilərə baxıb ağlayırdım ki, mən nə vaxt evə gedəcəyəm. Hər gecə evimiz üçün ağlayırdım. Ancaq “skype” vasitəsilə evdəkilərlə görüşə bilirdim.

- Artıq Türkiəyə sənətçiləri ilə əlaqələrin var. Aygün Kazımova və Röya kimi qardaş ölkənin şou biznesinə qatılmağı düşünürsən?

- Mən Azərbaycanımı çox sevirəm. Türkiyədə film və musiqi sənayesi çox inkişaf edib. Bizdə müğənnilər ancaq toylardan pul qazanırlarsa, orada albom və konsertlərdən qazanırlar. Mən də heç vaxt toya getməmişəm. Heç düşünmürəm də getməyi. Azərbaycanda isə hər şey fərqlidir. Şöhrətinin zirvəsində olan Aygün Kazımova, Röya da toylardan pul qazanırlar. Mən demirəm kimdənsə artığam, buna görə toya getmirəm. Bu, sadəcə mənim iş prinsipimdir. Məhz albom və konsertdən pul qazanmaq mümkün olduğu üçün Türkiyə şou biznesinə qatılmaq istəyərdim. Əlimdə imkan olsaydı, Azərbaycan şou biznesini sıfırdan yeniləyərdim. İstəyərdim bura oradan daha yaxşı olsun.

- Türkiyədən gəlmisən. Bakıda işlər necə gedir ?

- Bakıda da növbəti filmə çəkilirəm. Amma bu haqda danışmağa hələ ki, icazə verilmir. Ancaq onu deyə bilərəm ki, bu film də döyüş filmidir. Nədənsə mənə döyüş filmlərində oynamaq qismət olur. Həmin filmdə mən qəhrəman obrazındayam. Hətta bu filmin 2 mahnısını da mən ifa edəcəyəm. Məhz bu filmdə çəkildiyimə görə Türkiyədən gələn müğənni və aktrisalıq təkliflərə rədd cavabı verməli oldum. Azərbaycandakı filmin çəkilişi bitsin, inşallah, gedəcəyəm birdəfəlik orada yaşamağa və işləməyə.

- Mina, gəncsən, gözəlsən, baxımlısan, pozitivsən, dinamiksən... Ola bilməz ki, bu qədər gözəl keyfiyyətlərə malik qıza eşq təklifi olmasın...

- Oooooo... Çoxdur. Bilirsiniz nə qədər? Amma heç bu haqda düşünmürəm. Mən hələ ki, karyeramı fikirləşirəm, ailə qurmağı düşünmürəm. 22 yaşım var, çox tezdir. 26-27 yaşda ailə qurmağı düşünürəm.

- Kişidı hansı cəhətlərə üstünlük verirsən?

- Mənim üçün əsas kişinin dünyagörüşlü, müasir olması önəmlidir. Belə insanla mən yola gedə bilərəm. Əgər o, köhnə fikirlidirsə, hər işə müdaxilə edirsə, onu geyinmə, bu olmaz deyirsə, mən eləsi ilə yola gedə bilmərəm.

- Azərbaycanlı yoxsa Türkiyə vətəndaşı ilə ailə qurmaq istəyərdin?

- Hər ikisi ilə. (Gülür.) Bakıda biri, Türkiyədə biri. (Gülür.) Əlbəttə bu bir zarafatdır. Ciddi olaraq deyim ki, mənim üçün milliyətin önəmi yoxdur, əsas odur ki, kişi məni başa düşsün. Əgər məni başa düşürsə, mən onu sevəcəyəmsə istər azərbaycanlı, istər türk, istər rus, istərsə də ingilis olsun mən onunla ailə quraram. Əsas mənəm. Amma o məni çox sevməlidir.

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm