Azərbaycanlı ulduzlar Azərbaycan bayrağı çəkdilər
Bizi izləyin

Tabloid.az

Azərbaycanlı ulduzlar Azərbaycan bayrağı çəkdilər

Azərbaycanlı ulduzlar Azərbaycan bayrağı çəkdilər

“Addım” Gənclər Təşkilatı Park Bulvar alış-veriş mərkəzində “Milli Bayraq günü” ərəfəsində böyük layihə həyata keçirib. Layihə çərçıvəsində Azərbaycanda ilk dəfə olaraq Milli bayraq Günü mövzusunda “walpaperlər” - elektron divar kağızları müsabiqəsi keçirilib.

Müsabiqədə I yeri Ruslan Ağazadə, II yeri Hüseyn Bağırov, III yeri Ruslan Məmmədov, izləyicilərin seçiminə görə Xanım Əliyeva qalıb olublar.

Tədbirdə qaliblərin təntənəli mükafatlandırma mərasimi və “Milli Bayraq günü” münasibətilə estrada ulduzlarının iştirakı ilə konsert proqramı baş tutub. Konsertdə xalq artisti Nisə Qasımova, əməkdar artistlər Məryəm Süleymanova, Elza Seyidcahan, müğənnilər İlhamə Qasımova, Mirkamil Kamilov, Ayan Babakişiyeva, Yaşar Yusub, Seyran Babayev və başqaları iştirak etmişlər.

Tədbirin maraqlı məqamlarında biri də həm gənclərin, həm də ulduzların sifətlərinmdə kiçik bayraq rəsmi çəkməsi olub.

Gənc “Addım”çı rəssamlar Hüseyn Bağırov və Nərmin Hümbətovaya Azərbaycan bayrağı kompozisiyasını çəkməkdə yardımçı olublar.

Demək olar ki, bütün qonaqlar bu layihədə həvəslə iştirak ediblər.

Tədbir haqqında tabloid.az-a məlumat verən “Addım”ın sədri Hüseyn Cavadzadə bunları söyləyib:

“Çox şadam ki, belə bir ciddi layihəyə imza atdıq. Bayraq günü sonsuz sayda insanların profil fotolarında məhz bizim gənclərin hazirlayib müsabiqəyə təqdim etdikləri Bayraq “walpaper”lərini görmək bizim üçün inanılmaz xoş oldu. Demək ki biz istədiyimizə nail olduq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm