İlhamənin Avropadakı işlərinə nə təsir edib?
Bizi izləyin

Tabloid.az

İlhamənin Avropadakı işlərinə nə təsir edib?

Yerli şou biznesin ən güclü və geniş səs diapazonuna malik müğənnilərindən biri İlhamə Qasımovanın Avropada uğurlar qazandığı məlumdur.

Yerli şou biznesin ən güclü və geniş səs diapazonuna malik müğənnilərindən biri İlhamə Qasımovanın Avropada uğurlar qazandığı məlumdur. Belə ki, müğənnimizin DJ OGB ilə ifa etdiyi "Bei Mir Bist Du Sheen" mahnısı Avropanın bir sıra hit paradlarında ilk pilləyə yüksəlməklə yanaşı, hətta, mahnının klipi 2011-ci ildə “iTunes” rəqəmsal musiqi satışı şəbəkəsində dünyada 6-cı ən çox satılan video olmuşdur.

Bəs İlhamə niyə Avropa səhnəsinə çıxmır? Bu qədər uğur əldə edən müğənni niyə xaricdə fəaliyyətinə fasilə verib?

Bu suallarla müğənniyə müraciət etdik. İlhamə Qasımova tabloid.az-a bildirdi ki, əksər ölkələrdə olduğu kimi Avropada da durğunluq hökm sürür:

“ Mənim əməkdaşlıq etdiyim ”24/7 Music Group” şirkəti hətta oğlanlardan ibarət “boys band” qrupu yaradıblar. Amma onların albomlarının satılmasında da problem var. Özünüz bilirsiniz ki, Avropada “boys band”lər böyük gəlir gətirir, məsələn, “One Direction”, “Backstreet Boys” kimi qruplar.

İndi isə Avropada şou biznesdə durğunluq yaşanır. Bu səbəbdən heç bir sərmayəçi bu sahəyə pul qoymağa maraqlı deyil. Gəlir götürmək şansları az olduğundan layihələri maliyyələşdirmirlər də.

"Bei Mir Bist Du Sheen" mahnım isə hələ hit paradlardadır. Baxmayaraq ki, mahnımın 2 yaşı var bu gün də TOP 100-də mahnım yer alıb”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm