Seksi Zemfira seks həyatından danışdı - Fotolar
Bizi izləyin

Tabloid.az

Seksi Zemfira seks həyatından danışdı - Fotolar

Tabloid.az tərzi, görünüşü ilə yaddaşlarda iz buraxan Zemfira ilə maraqlı müsahibəni təqdim edir:

Tabloid.az tərzi, görünüşü ilə yaddaşlarda iz buraxan Zemfira ilə maraqlı müsahibəni təqdim edir:

- Əksər aparıcılar efirdə xeyirxah, mələk, məsum obraz yaratdığı halda siz efirdə seksuallığı ön plana çıxartmağa üstünlük verdiniz. Azərbaycanda bu obrazla tanınmaq məsuliyyətli və çətindir. Qorxmadınız?

- Əslində ilk vaxtlar qorxurdum. Çünki reaksiyalara, təzyiqlərə tam hazır deyildim. Bu, əslində mənim ideyam olmayıb. Bu obrazı yaratmaq heç ağlımın ucundan da keçməyib. Bu, rejissor Anar Hüseynovun ideyası idi və o, məni həmin “seksi Zemfira” statusunda görüb. Məhz onun təklifindən sonra bizim heyət onun bu fikrini dəstəkləyib. Bilmirəm bu ideya ona haradan gəldi, amma uğurlu oldu. Bu mənim üzərimdə uğurla nəticələnən bir eksperiment idi.

Qorxuya gəldikdə isə düşünürdük ki, uzağı 1-2 sayt yaza bilər, fərqli zənglər gələr, şou biznesdə fərqli reaksiya olar. Heç ağlıma da gəlməzdi ki, Milli Məclisdə mənim salamlaşma, vidalaşma jestlərim belə müzakirə ediləcək. Ölkədə bu qədər sosial-iqtisadi problem olduğu halda məni müzakirə edəcəklər. (Gülür).

Reaksiyaya gəldikdə deyə bilərəm ki, bir gün işdən çıxırdım və mühafizə xidmətində işçilərdən biri telefonla kiməsə nəyisə izah etməyə çalışırdı. Əli ilə işarə etdi ki, söhbət məndən gedir. Telefonun selektor düyməsini basdıqda eşitdim ki, yaşlı bir kişi deyir ki, nəvələrim oturub Zemanın verilişinə baxırlar. Biz ziyalılar və ağsaqqallar “Lider” kanalının qarşısında piket keçirəcəyik. Bunu eşidən kimi əlim-ayağım əsdi. (Gülür). Tez mühafizəçiyə dedim ki, ona desin ki, axı sənin nəvələrin məktəb yaşlı uşaqlardır, niyə gecə saat 23:30-da yatmırlar? Həm də pult deyilən bir alət var, “Mədəniyyət” kanalına baxa bilərlər. (Gülür).

Açığı bu qədər səs salacağını gözləmirdim. Verilişimin anonsu efirə gedəndə telekanalın telefonları "dağılırdı". Amma sonradan sevildiyimi hiss etdim, qadınlardan isə bəzən qısqanclıq hiss edirdim. Hazırda isə hiss edirəm ki, məni axtarırlar.

- Bir az obrazınızdan danışın. Bu həqiqi Zemfira idi yoxsa obraz idi?

- Ümumiyyətlə, obraz idi. Amma deməzdim ki, həqiqi Zemfiranın içində bu naz və əda yoxdur. Adi həyatda fərqliyəm. Verilişimin anonsu efirə gedəndə adi tamaşaçı düşünürdü ki, Zema hansı restoranda, kurortda, istirahət məkanında əylənir, əslində isə Zema montaj otağında verilişini yığmaqla məşğul idi.

- Zemfira xanım, Lider telekanalından ayrılandan sonra Sizə ayrı telekanallardan təklif gəlmədi?

- Liderdən ayrılandan düz 3 gün sonra digər bir kanaldan təklif gəldi. Qəbul etmədim. Çünki, verilişə mən aparıcılıq edəcəmsə, ideya mənim olmalıdır. Mən hazır bir veriliş istəmirəm. Həm də əgər mən “Qızıl pillə” kimi səs-küylü, rezonans doğuran veriliş aparmişamsa, ondan sonra aparacağım veriliş iki qat güclü olmalıdır. Bunun üçün isə bir az fasilə lazım idi. Həmin fasilə artıq başa çatıb. Həm də aparıcı bir ay o kanalda, sonra ayrı kanalda olmamalıdır. Belə olan halda tamaşaçısını itirə bilər və ya daha da sevilə bilər.. Bu riskdir.

Bunu “Space”-dən ANS-ə gələnlər, ANS-dən ATV-yə gedən aparıcılar yaşayıblar. Udanlar da olub, uduzanlar da. Bu riskdən qaçmaq üçün müəyyən fasilə verib, efirdən uzaqlaşmaq lazımdır ki, tamaşaçı sənin üçün darıxsın. Darıxandan sonra isə artıq fərq etmir sən hansı kanaldasan. Əsas odur ki, darıxan tamaşaçı səni efirdə görmək şansı qazanır.

- İki ildir efirdə yoxsunuz və tamaşaçı Sizin üçün darıxıb. Bu, hər aparıcıya qismət olmur...

- Mən bunu hiss edirəm. Özündən razılıq kimi olmasın, əgər məni görəndə hələ də tanıyırlarsa, öpüşüb-görüşürlərsə, soruşurlarsa niyə efirdə yoxsan, demək ki, hələ də varam. Mən istəsəydim bir layihə götürüb rejissorluq edərdim. Çünki ixtisasca rejissoram. Öz verilişimin də rejissoru olmuşam. Bir sirr açım sizə, mən rejissor kimi daha güclüyəm, nəinki aparıcı kimi.

- Sizcə niyə unudulmamısınız?

- Yəqin ki, yerim boş qalıb və yerimi tutan olmayıb. Baxmayaraq ki, indikilərdən çoxu özünü mənə oxşadır. Mənə qədər divanın qoltuğunda heç kəs oturmazdı, indi otururlar. Mənə qədər libasın kəsiyi efirdə qısa olardı, indi mənim kimi dərin yarıqla çıxırlar. Mənə qədər efirə gecə libasları geyinib çıxmazdılar, məndən sonra indikilər günorta verilişlərinə belə gecə libasında çıxırlar. Mən gecə 23:30-da efirə çıxırdım. Yəni günorta efirə gecə libasında çıxmağın yeri yoxdur. Hətta mənim kimi danışıq tempini dəyişib asta-asta danışırlar. Bu oxşarlığı tamaşaçı sezib mənə deyir. Onlar mənim “kitayski” versiyamdır. (Gülür).

- Dostluq etdiyiniz aparıcı həmkarınız var?

- Yox, elə birisi yoxdur. Daxili aləmlərini bildiyimə görə heç kimlə dostluq etmirəm.

- Zemfira xanım, bir az seks mövzusuna toxunaq. Efirdə bu mövzuda danışmaq cəsarət tələb edir. Verilişinizdə isə bu mövzu danışılırdı. Müsahibləriniz seksdən danışmaqda Sizin qədər cəsarətli idilər?

- Verilişim 3 il efirə getdi. Cəmi 3 dəfə bu mövzunu daha çox qabartdıq. “Seksi və cazibədar ulduzlar 1”, “Seksi və cazibədar ulduzlar 2” və “Seksi bürclər”. Birinci dəfə qonaqları verilişə çağıranda heç birinə seks sözünü demədim. Onlara gözəllikdən, cazibədarlıqdan dəm vurdum. Hamısı da gəldilər. Sualları verəndə kamera qarşısında özünü itirən də oldu, utanan da oldu, dili topuq vuran da. Sualları cavabandıranlar isə sonradan zəng edirdilər ki, sən Allah o cümlələri çıxart, evdə biabır olaram. Təbii ki, hə deyirdim, amma mən verilişin rejissoru, aparıcı qüvvəsi olduğumdan nə maraqlı idisə hamısını saxlayırdım. Növbəti dəfə bu mövzuya qayıdanda isə 3 ay arada fasilə oldu. İkinci verilişi çəkmək üçün yalan danışmaq lazım gəlmədi. Hamı mənə zəng edirdi ki, sən məni seksi hesab etmirsən ki, verilişə çağırmırsan? (Gülür)

- Həmin müğənnilərdən ən cəsarətlisi və qorxağı kim idi ?

- (Fikirləşir) Aygün Kazımova cəsarətli idi. Çoxdan olub, dəqiqi xatırlamıram. Ancaq yadımdadır ki, heyət olaraq arxayın olduqlarımızdan istədiyimiz cavabları ala bilmədik. Kimlərə ki, dedik bəlkə danışar bəlkə yox, bax onlar çox rahat danışdılar. Aşıq Tellinin “Qızıl pillə”yə düşməsi isə təsadüf oldu. 9 pillə hazır idi. 10-cu pilləni tapa bilmirdik. Bizim şou biznes çox kiçikdir və seksual adamlarımız da elə çox deyil. Bizim redaktorumuz gürcüstanlı olduğu üçün aşıqları çox sevir və zarafatyana dedi ki, Telli Borçalı. Montaj otağında hamımız qəhqəhə çəkib güldük.

Sonra fikirləşdik görəsən suallara cavab verər? Bu sualları həmişə özüm verirdim və çəkilişdə müxbirliyi özüm edirdim. Çünki, psixoloji məqamlar var. Telli məntiqli cavablar verdi.

- Seksi Zemfira üçün seks nədir?

- Əslində hər iki cinsin nümayəndəsi üçün sağlamlıqdır, tələbatdır. Hətta gözəllikdir.

- Seksi Zemfira obrazı həyat yoldaşınız tərəfindən necə qarşılandı? Onu necə yola gətirdiniz?

- Yola gətirməyə ümumiyyətlə, ehtiyac olmadı (Gülür). Bizim evdə əcnəbi kanallara üstünlük verilir. Mən heç öz verilişimə evdə rahat baxa bilmirdim. Verilişdə olanlardan evdəkilər xəbərsiz idi. Yalnız kənardan söz-söhbətləri eşidəndən sonra bildi. O da artıq gec idi. (Gülür). Evdə bircə onu dedilər ki, sən yer tapmırsan oturmağa? Gərək elə dırmaşasan divana? Normal oturub veriliş apara bilmzəsən? Bircə verilişin anonsları gedərkən anam zəng elədi ki, ay qız neyləmisən? Əslimiz Qala Nardaran kəndindəndir, amma Şüvəlanda yaşayırıq. Dedi mən burada biabır olacağam. Veriliş efirə gedəndən sonra isə eşitdiyi təriflər ona ləzzət edib.

- Zema xanım həyatda da kifayət qədər açıq saçıq geyinirsiniz...

- Kofta ilə kalqotka. (Gülür). Mən işə gedəndə deyirdilər ki, Zema sən şalvar geyinməyi yaddan çıxartmısan. Köynək və kalqotka geyinib işə gedirdim (gülür). Çalışmışam zövqlə geyinim. Qısa geyinəndə də çalışmışam vulqar olmayım. Rəfiqələrim deyirdi ki, mən elə geyinə bilmərəm. Amma mənə yaraşırdı. Bunu da onlar deyirdi. Mən düşünürəm ki, tam qapalı geyimdə də küçəyə çıxsam seçiləcəyəm. Krosovka, cins şalvar, gödəkcə geyinəndə belə maşından düşən kimi hamı boylayıb baxır. Kimisi tanıyır baxır, kimisinin də diqqətini çəkirəm. Bəlkə də saçlarıma “pırpıziklərimə” görə baxırlar (gülür).

- Zemfira xanım, Siz efirdə danışanda əksər kişilər ehtiraslanırdı. Bəs Sizi nə ehtiraslandırır?

- Oooooo.... Nəvazişdən ehtiraslana bilirəm. Baxışdan, münasibətdən ehtiraslana bilirəm. Əslində bu sualı mən verilişimdə verirdim. Qorxurdum ki, bir gün biri çıxıb bu sualı mənə verəcək (gülür). Özüm sual verəndə deyirdim nə var burda axı, niyə cavab vermirlər. İndi onları başa düşürəm. Sən demə çətin sualdır. O baxışı hiss etməliyəm, elektriki hiss etməliyəm. Ehtiras gətirəcək bir şey mütləq olmalıdır. İnsan ola bilər ki, sadəcə ünsiyyətindən ehtiraslana bilərəm. Bu, mənim fikrimdir.

- Zemfira xanım, bu gün “Seksi və cazibədar ulduzlar 3” çəkməli olsanız ora hansı müğənniləri daxil edərdiniz ?

- İndi onluq etsəm heç 10 nəfər yığa bilmərəm. Maksimum 5 nəfər toplaya bilərəm. Ad çəkməyə çətinlik çəkirəm. Çünki, əvvəlkiləri seçəndə də mən tək qərar verməmişəm. Heyət olaraq qərar vermişik.

- Zemfira xanım, “Seksi Zemfira” olaraq tanınmaq necə hissdir?

- Əvvəllər heç öyrəşə bilmirdim. Mənə çox çətin idi. Çünki, heç vaxt belə müraciət olunmayıb. Tədricən öyrəşdim. Amma sonra jurnalist dostlarımdan öyrəndim ki, adının qarşısında “”seksi” sözünün əlavə olunması üçün dəridən-qabıqdan çıxan aparıcılar var. Jurnalistlərə sifariş verirdilər ki, ondan yazanda adının qarşısına “seksi” yazsınlar. Amma bu, hamıda uğurlu alınmırdı. Əksinə gülünc alınırdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm