Un məmulatları qadınları niyə tükləndirir?
Bizi izləyin

Tabloid.az

Un məmulatları qadınları niyə tükləndirir?

Ötən ay 2000 qadının iştirakı ilə aparılan araşdırmanın nəticələri nəhayət açıqlanıb

Ötən ay 2000 qadının iştirakı ilə aparılan araşdırmanın nəticəsi nəhayət açıqlanıb. Araşdırmanı aparan tədqiqatçılar un məmulatlarının qadınları sadəcə kökəltmədiyini, həmiçinin də həddən artıq tüklənmələrinə səbəb olduğunu bildiriblər.

Mütəxəssisilərin sözlərinə görə, karbohidratlı və şəkərli qidalar qadınların tüklənmələrinə səbəb olur.

Araşdrımada iştirak edən həkim Devison karbohidratlı və şəkərli qidaların bədəndə insulinə qarşı müqavimət yaratdığını deyir:

“İnsulinə qarşı müqavimət yaradan orqanizm daha çox insulin ifraz edir. Bu isə kişilik hormonu olan testosteronun daha çox istehsal olunması ilə nəticələnir. Beləliklə, qadının bədənində kişilərinkinə oxşar şəkildə tüklənmə prosesi gedir. Bu tüklənmə ən çox üz bölgəsində müşahidə olunur”.

Araşdırmaçılar qadınlarda tüklənmənin tək səbəbinin həddən artıq un məmulatları ilə qidalanmaq olmadığını, bəzi dərmanların, ekzeme, anoreksiya kimi xəstəliklərin səbəblər arasında olduğunu bildiriblər.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm