Tabloid.az
Daha cazibədar görünmək üçün makiyaj hiylələri
Üzdəki bəzi detallar kişilərin gözündə daha gənc, sağlam və cazibədar olmağınıza səbəb olur.
Heç kim qüsursuz doğulmur, ancaq makiyaj hiylələri ilə mükəmməl görünmək mümkündür.
Qadının sağlam və gözəl görünməsi onun estrojen hormonunu daha çox istehsal etdiyini göstərir. Bu şüuraltı mesaj kişilərin hisslərinə təsir etdiyi üçün bu tip qadınlar getdikləri hər məkanda diqqət görürlər.
Tabloid.az-ın təqdim etdiyi bu makiyaj hiylələri ilə hər şəraitdə ən seksual qadın siz olacaqsınız.
Çəhrayı yanaqlar
Üzümüz adətən əsəbi olanda, həyəcanlananda və utananda qızarır. Yanaqlardakı xəfif qızarıqlıq daha çox gənc qadınlarda müşahidə olunur və saflıq simvoludur. Qızarmış yanaqlar bütün kişilərin xoşuna gəlir. Odur ki, üzünüzdə daha təbii durması üçün krem tərkibli ənlik çəkin. Ənliyi çox vurmayın, sadəcə xəfif qızartı və ya çəhrayı rəng versin.
Dolğun və çəhrayı dodaqlar
Dolğun dodaqlar təkcə gəncliyin və gözəlliyin simvolu deyil. Bu
həm də sizin estrojen səviyyənizin yüksək olduğunu göstərir. Yəni
olduqca seksual bir xanımsınız.
Ancaq illər keçib, yaş artdıqca dodaqlar solğunlaşır və
dolğunluğunu itirir. Odur ki, dodaqlarınıza rəngli balzamlardan
çəkin. Bu dodaqlara təbii rəng və dolğunluq bəxş edəcək.
Təravətli dəri
Parlaq və təravətli dəri daha cazibədar görünməyinizə səbəb olur. Yaşlandıqca dəri parlaqlığını və nəmini itirir. Ona görə də dərini davamlı olaraq yaxşı təmizləmək, uyğun vasitələrlə nəmləndirmək lazımdır.
Həcmli saçlar
Güclü, sağlam və həcmli saçlar sizin çox sağlam və gənc bir xanım olduğunuzu göstərir. Bu effekti əldə etmək üçün saçlarınızı yuduqdan sonra dərhal qurutmayın. Əvvəlcə diblərə quru şampun və ya saç köpüyü çəkib həcm verin. Beləliklə sizi seksual göstərəcək möhtəşəm saçlara qovuşacaqsınız.
Uzun və tünd rəngli kirpiklər
Uzun kirpiklər bütün diqqəti gözünüzə çəkər, həm də baxışlarınızı daha mənalı edir. Kirpiklərin baş rolda oynadığı göz süzmə hərəkəti isə bütün dövrlərdə kişiləri başdan çıxarmaq istəyən qadınların əsas silahı olub.
Kirpikləriniz uzun deyilsə, süni kirpiklərlə və keyfiyyətli tuşlarla arzu etdiyiniz görüntüyə qovuşa bilərsiniz.
Qalın qaşlar
Seyrək və incə qaşlar zob xəstəliyinin, hormonların səviyyəsinin normal olmadığının, immun sistemdəki problemlərin və yaşlanmanın işarətlərindən biridir. Odur ki, qalın qaşlar son illrədə gözəlliyin əsas ünsürlərindən biri hesab olunur.
Qaş qələmləri ilə qaşınıza istədiyiniz formanı verə bilərsiniz.
Dolğun yanaqlar
Makiyajla yanaqlarınızı daha dolğun göstərə bilərsiniz.
Bunun üçün haylayterlər ən yaxşı vasitələrdir. Dəri rənginizə uyğun olaraq gümüşü və ya qızılı haylayter alın və onunla yanağınızın üzərinə barmaqlarınızla xəfif işartılar verin.
Tabloid.az
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO