Əkizlərlə Leonardonu nə birləşdirir?
Bizi izləyin

Tabloid.az

Əkizlərlə Leonardonu nə birləşdirir?

Belə baxsaq 11 noyabr adi payız günlərindən biri... Dünya şou biznesdə isə bu adi payız günlərindən biri yox, məhz payızın “qızıl gün”lərindən biri. Çünki, bu gün bir sıra dünya şöhrətli ulduz dünyaya gəlib. Bəs Azərbaycan şou biznesinə 11 noyabr kimləri

Belə baxsaq 11 noyabr adi payız günlərindən biri... Dünya şou biznesdə isə bu adi payız günlərindən biri yox, məhz payızın “qızıl gün”lərindən biri. Çünki, bu gün bir sıra dünya şöhrətli ulduz dünyaya gəlib. Bəs Azərbaycan şou biznesinə 11 noyabr kimləri bəxş edib ? Bu haqda az sonra...

İlk olaraq başlayım bizə ən yaxın olan Türkiyədən. 1944-cü ilin bu günü Kamal Sunal, yəni, hər birimizin yaxşı tanıdığı Şaban dünyaya gəlib. Onun filmlərini bəlkə də izləməyən azərbaycan ailəsi tapılmaz. 55 il ömür sürməsinə baxmayaraq, o, 82 filmdə rol alıb. Onun adı ilə əksər türk film sənayesinin inciləri bağlıdır. Kamal Sunal satirik komediyaları ilə milyonlarla insanı cəhalətdən ayıltmağa çalışıb və buna nail olub.

Daha sonra bu gün dünyaya gələnlərdən biri də Leonardo Dikapriodur. 1970-ci il anadan olan aktyorun bu gün 40 yaşının olmasına baxmayaraq 35 filmdə rol alıb. Onun təkcə 1997-ci ildə baş rolu canlandırdığı “Titanik" filminin adını çəkmək bəs edir ki, onu dünya tanısın. Onun filmdə rol alması üçün şirkətlər ona ağılasığmaz qonorarlar ödəyir. Məsələn, son 2 filmdən aldığı qonorara nəzər salaq. “Dahi Getsbi” filminə görə 20 milyon dollar, “Uol Strit canavarları” filminə görə isə 10 milyon dollar gəlir əldə edib. Ən böyük qonorarı isə “Başlanğıc” filmindən olub 59 milyon dollar! Oynadığı filmlərdən bütün illər ərzində dünya film sənayesi 6 milyarda yaxın gəlir əldə edib. Amma bütün bunlara baxmayaraq, o, hələ də “Oskar” mükafatına həsrətdir...

Top 3-lüyü Demi Mur tamamlayır. 1962-ci ilin bu günü uşaqlığı və şəxsi həyatı elə də gözəl keçməyən Murun karyerası gözəl keçib. “Striptiz” filmindən onu tanımayan bəlkə əks cinsin nümayəndəsi yoxdur. Lakin onu məhşurlaşdıran əsas filmlərdən biri “Çarlının Mələkləri” oldu. Bu gün 52 yaşını qeyd edən xanım Mur artıq 52 filmdə rol alıb. Aktrisanın əldə etdiyi qazanc 150 milyon dollardan çoxdur.

Azərbaycan şou biznesinin bu günü isə yağışlı keçib və göylər ağlamağa başlayıb. Bu gün yerli şou biznesimizə əkiz bacılar Sevil və Sevinc dünyaya gəlib.

Bu gün doğum günü olan hər kəsi təbrik edirik...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm