Modelimiz Honkonqa niyə yollanır? - Fotolar
Bizi izləyin

Tabloid.az

Modelimiz Honkonqa niyə yollanır? - Fotolar

Noyabrın 12-də Çində “Miss Model of the World 2014” beynəlxalq model müsabiqəsinin dünya finalına start veriləcəyi haqda xəbər vermişdik.

Noyabrın 12-də Çində “Miss Model of the World 2014” beynəlxalq model müsabiqəsinin dünya finalına start veriləcəyi haqda xəbər vermişdik.

“AES Group”-un prezidenti, təşkilatçı Aqil Məmiyevin Tabloid.az-a verdiyi məlumata əsasən, ölkəmizi “Miss Model of the World 2014” yarışmasında 20 yaşlı modelimiz Kamilla Ələkbərova təqdim edəcək. Təmsilçimiz bu gün Honkonqa yola düşüb. Kamilla Heydər Əliyev adına Hava Limanında Azərbaycan bayrağı ilə fotolar çəkdirib. O, əmindir ki, vətənə qələbə ilə qayıdacaq.

Qeyd edək ki, sözügedən yarışmada dünyanın 100-ə yaxın ölkəsindən qızlar qatılacaq. “Miss Model of the World 2014” müsabiqəsi 1988-ci ildən hər il dünyanin nüfuzlu ölkələrində keçirilir.

Qeyd edək ki, yarışmanin beynəlxalq direktoru “World Beauty Congrens”in prezidenti Zamir Hüseynov, Azərbaycan üzrə təşkilatçısı isə Aqil Məmiyevdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm