Tabloid.az
Məşhur tenor azərbaycanlı rəssamı konsertinə dəvət edib - Fotolar
Avstriyanın paytaxtı Vyananın “Stadthalle” konsert salonunda ilk dəfə dünyaca məşhur italyan tenor, bəstəkar və prodüser Andrea Boçellinin konserti baş tutub.
Tabloid.az xəbər verir ki, orkestri ilə birlikdə yeni konsert proqramını təqdim edən dünya ulduzunun xüsusi dəvətliləri arasında 17 ildir Türkiyədə yaşayıb, fəaliyyət göstərən azərbaycanlı rəssam Emil Əziz də olub.
Emil Əziz dəvəti özünəməxsus tərzdə dəyərləndirib və ifaçının xanımı ilə birgə portretini Boçelliyə təqdim edib.
Veronika Boçelli rəsm əsərinin onlara indiyədək təqdim olunan portretlər arasında tərz baxımından seçildiyini bildirib.
Konsertdə fasilə zamanı dünyaca məşhur tenorun məşqini izləyən E.Əziz Andrea Boçelli adına xeyriyyə fondunun fəaliyyəti ilə də tanış olub. Veronika Boçelli portreti bəyəndiyini və yaxın zamanda Emil Əzizlə yenidən görüşəcəklərini bildirib. Emil də öz növbəsində Xeyriyyə Fondunun gələcəkdə təşkil olunacaq tədbirlərində yaxından iştirak edəcəyini bildirib.
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO